Azərbaycan Nəqliyyat Nazirliyi: Embraer 190 xarici təsirlərə məruz qalıb Doğru Xəbərlər
Dogru.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycanın “Embraer 190” təyyarəsi xarici təsirlərə məruz qalıb. Bu barədə jurnalistlərə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bildirib.
Onun sözlərini TASS sitat gətirir.
“Yerdə tapılan təyyarə qalıqlarının təhlili və sağ qalanların ifadələri əsasında mütəxəssislərin ilkin qənaətləri bizə xarici təsirin olduğu qənaətinə gəlməyə imkan verir”, – deyə nazir bildirib.
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 38 nəfər ölüb.
Hazırda Azərbaycan Baş Prokurorluğunun bir qrup əməkdaşı Qroznıya ezam olunub və Rusiya Federasiyası Baş Prokurorluğundakı həmkarları ilə birgə istintaq hərəkətləri aparır.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 27 Dekabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















