Icma.az
close
up
RU
Azərbaycan özünün bütün milli məqsədlərinə qətiyyətlə nail olur

Azərbaycan özünün bütün milli məqsədlərinə qətiyyətlə nail olur

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

 Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər, xüsusən, torpaqlarımızın işğaldan azad olunması, bütün ərazilərimizdə milli suverenliyimizin təmin edilməsi respublikamızın öz milli hədəflərinə doğru inamla addımladığını nümayiş etdirir. O cümlədən rəsmi Bakının şərtləri əsasında Ermənistanla sülh sazişinin imzalanması istiqamətində böyük bir yol qət olunub, Zəngəzur dəhlizinin açılmasına az qalıb. Bütün bunlarla yanaşı, regional və qlobal proseslərdə öz mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirən Azərbaycan dünyada sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfələr verən dövlət kimi tanınır.

Prezident İlham Əliyevin bu günlərdə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi geniş müsahibədə Azərbaycanın bütün bu uğurları ətraflı şərh olunub, respublikamızın qarşısında dayanan prioritetlərə nəzər salınıb. “Əl-Ərəbiyyə” telekanalı yalnız Səudiyyə Ərəbistanında və ərəb dünyasında deyil, bütün Yaxın Şərq regionunda populyar bir media orqanıdır. Bu baxımdan müsahibədə dövlətimizin başçısının suallara verdiyi cavablar həm də Azərbaycanın nailiyyətlərinin beynəlxalq səviyyədə növbəti təqdimatıdır.
Ümumiyyətlə, tanınmış xarici media qurumları Prezident İlham Əliyevdən mütəmadi olaraq müsahibə alırlar. Məsələn, dövlətimizin başçısı bu ilin yanvar ayında Çinin CGTN telekanalına, mart ayında “Euronews” televiziyasına, aprel ayında Çinin Sinxua agentliyinə və CGTN telekanalına, may ayında “Vietnam News Agency”, agentliyinə, avqust ayında ABŞ-nin “Fox News” telekanalına, o cümlədən, yerli televiziya kanallarına müsahibələr verib. Bu ilk növbədə ondan xəbər verir ki, Prezident İlham Əliyevin aktual məsələlərlə bağlı mövqeyi, fikirləri və Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər qlobal maraq dairəsindədir. Böyük tamaşaçı auditoriyası olan “Əl-Ərəbiyyə” telekanalının dövlətimizin başçısından müsahibə alması da bunu təsdiq edir.
Məlum olduğu kimi Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə avqust ayının 7-8-də Vaşinqtona  etdiyi işgüzar səfərin nəticələri Azərbaycan diplomatiyasının parlaq zəfəri idi. Bu səfərin əsas hadisələrindən biri Azərbaycanla Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair sazişin layihəsinin paraflanması oldu. Bu hadisə beynəlxalq səviyyədə böyük maraqla qarşılandı və xarici KİV-lər tərəfindən mühüm xəbər kimi tirajlandı. Təsadüfi deyil ki, “Əl-Ərəbiyyə” telekanalının müxbirinin Prezident İlham Əliyevə ünvanladığı ilk sual da bu barədə oldu.
Qeyd edək ki, saziş layihəsinin paraflanması Azərbaycanla Ermənistan arasında sülhün təmin edilməsi istiqamətində indiyə qədər əldə olunmuş ən mühüm razılıqdır. Layihəni paraflamaqla Ermənistan onun mətni ilə razı olduğunu ABŞ-nin iştirakı ilə hüquqi çərçivədə təsdiq etdi. Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd etdiyi kimi  Azərbaycan və Ermənistanın Ağ Evdə Prezident Trampın iştirakı ilə bu sənədi paraflaması müharibənin başa çatdığını göstərir. Saziş layihəsinin paraflanmasını başda ABŞ olmaqla bütün siyasi mərkəzlər təqdir etdilər, alqışqladılar. Bundan sonra isə Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Bu ölkə öz konstitusiyasına düzəliş edərək Azərbaycana qarşı olan ərazi iddialarını aradan qaldırdıqdan sonra sülh sazişi imzalana bilər.
O da məlumdur ki, Ermənistanda revanşist qüvvələr Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı çıxır. Vaşinqtonda paraflanan saziş layihəsinin altında Ermənistan dövləti adından bu ölkənin baş nazirinin imzası var. Bu mənada, razılaşmanın pozulması Ermənistan tərəfinən ABŞ-a və beynəlxalq ictimaiyyətə edilən böyük hörmətsizlik ola bilər. Sənəddən geri addım atılması Ermənistanla ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi razılaşmanı pozmaq bütün dünyaya qarşı çıxmaq deməkdir. Bundan itirən isə yalnız Ermənistanın özü olacaq. Prezident İlham Əliyev bu barədə danışarkən həm də xəbərdarlığını edərək bildirdi ki, Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, adekvat cavabı veriləcək:
«Əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik».
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında əldə edilən əsas razılaşmalardan biri regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlıdır. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtondakı görüşünün nəticələrinə dair imzalanmış Birgə Bəyannamədə təsbit olunan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə həyata keçiriləcək layihəni nəzərdə tutur. “Tramp marşrutu” adlansa da, söhbət Zəngəzur dəhlizindən gedir. Bu da onu göstərir ki, Azərbaycan daha bir milli hədəfinə doğru inamla irəliləyir.
Müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı fikirlərini bölüşən Prezident İlham Əliyev bu marşrutun bütün tərəflər üçün faydalı olacağını, heç bir dövlət üçün təhlükə yaratmadığını bildirdi. Eyni zamanda dövlətimizin başçısı bir vacib məqamı da ilk dəfə bəyan etdi ki, Zəngəzur yalnız Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq.  
«Düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək» -deyə dövlətimizin başçısı bildirdi.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın xarici siyasət kursunun və enerji siyasətinin qarşısında duran vəzifələr barədə də bəhs etdi. Azərbaycan uzun illərdir ki, beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verən dövlət kimi tanınır. Bu baxımdan cənab Prezidentin Azərbaycanın  İsraillə Suriya, habelə İsrail və Türkiyə arasında münasibətlərin normallaşdırılması istiqamətində vasitəçiliyinə dair fikirləri bir daha göstərdi ki, respublikamız regionda sülhün və barışın əldə olunmasına töhfələrini əsirgəmir. Cənab Prezidentin vurğuladığı kimi müharibə şəraitində yaşamağımız, qalib ölkəyə çevrilməyimiz, sülhə nail olmaq təcrübəmiz və şaxələndirilmiş xarici siyasət istiqamətlərimiz Azərbaycana hadisələrin mərkəzində olmağa imkan verir.
Bu gün Azərbaycan 8-i Avropa İttifaqının üzvü olmaqla 10 Avropa ölkəsini qazla təmin edir. Amma Azərbaycanın ixrac marşrutu avqust ayından həm də Yaxın Şərq istiqamətinədir və ölkəmiz Suriyanı təbii qazla təmin edir. Cənab Prezident bununla bağlı gələcək perspektivlərə toxunaraq bildirdi ki, Azərbaycan Suriyaya ixrac olunan qazın həcmini artıra və həmçinin, Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilər.
Prezident İlham Əliyev müsahibəsində həmçinin, Yaxın Şərq və Körfəz Əməkdaşlıq Ölkələri ilə əlaqələrimiz, respublikamızda bərpaolunan enerjiyə keçid istiqamətində görülən işlər və ölkəmizdə bütün məzhəblərdən olan müsəlmanların bir ailə kimi yaşamaları barədə dedikləri Azərbaycanla bağlı beynəlxalq səviyyədə olan təəssüratların daha da yüksəlməsinə xidmət edir. Beləliklə, cənab Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi Azərbaycanın qətiyyətli siyasətinin, öz milli hədəflərinə layiqincə çatmasının və regional məsələlərdəki aparıcı mövqeyinin növbəti uğurlu təqdimatıdır. Və Prezident İlham Əliyevin söylədiyi hər bir fikir göstərir ki, Azərbaycan özünün bütün milli məqsdlərinə qətiyyətlə nail olur.
Xanlar Fətiyev
Milli Məclisin deputatı


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://missiya.az
archiveBu xəbər 29 Avqust 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see280

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see247

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see209

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see206

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see188

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see163

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see162

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see147

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see139

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see139

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see138

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see138

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see135

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see134

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri