Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Azərbaycan təmiz idmanın beynəlxalq səviyyədə qorunmasında fəal iştirak edir

Azərbaycan təmiz idmanın beynəlxalq səviyyədə qorunmasında fəal iştirak edir

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti İsveçrənin Lozanna şəhərində yerləşən SwissTech Konqres Mərkəzində keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün simpoziumunda fəal iştirak edib.

İdman.biz xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər, idmançılar və antidopinq üzrə peşəkarlar təmiz idmanın gələcəyi və idmançıların hüquqlarının qorunmasında innovativ yanaşmaları müzakirə etmək üçün bir araya gəliblər.

AMADA nümayəndə heyəti WADA-nın 2025–2029-cu illər üzrə Strateji Planı, antidopinq sahəsində aparılan araşdırma və innovasiyalar, eləcə də 2027-ci il Ümümdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara ediləcək yeniliklər barədə keçirilən plenar və paralel sessiyalarda 1000-dən çox iştirakçı ilə birlikdə müzakirələrə qoşulub. Tədbirin əsas mövzularından biri də məlumat verən şəxslərin (whistleblowers) idarə edilməsi, İdmançı Şurasının genişləndirilmiş rolu və dopinq testlərində kontaminasiya probleminin həlli yolları olub.

Simpoziumun ən dinamik hissələrindən biri ideaton sessiyası olub ki, burada AMADA nümayəndələri qlobal antidopinq sistemində mövcud problemlərin həlli üçün innovativ ideyalar irəli sürüblər. Sessiyaların nəticələri bağlanış plenar iclasında təqdim edilib, gələcək üçün yaradıcı və praktik həll yolları qeyd olunub.

Tədbirdə, həmçinin rəqəmsal innovasiyalar, data idarəçiliyi və antidopinq cəmiyyəti arasında daha güclü əməkdaşlıq əlaqələrinin qurulması kimi mühüm mövzular da diqqət mərkəzində olub. AMADA nümayəndələri əməkdaşlıq və süni intellekt də daxil olmaqla, texnoloji inkişafların antidopinq səylərini və maarifləndirmə fəaliyyətlərini necə gücləndirə biləcəyi haqqında sessiyalarda fəal iştirak ediblər.

WADA-nın illik simpoziumu 2027-ci ildə Koreya Respublikasının Busan şəhərində qəbul ediləcək Ümümdünya Antidopinq Məcəlləsi öncəsi mühüm tədbirlərdən biri hesab olunur. AMADA-nın bu simpoziumda iştirakı Azərbaycanın antidopinq siyasətinin formalaşmasında və təmiz idmanın beynəlxalq səviyyədə qorunmasında fəal rol oynadığını bir daha təsdiq edir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Aprel 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri