Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Rusiya Ukrayna müharibəsində əsas hədəf olan Avropa ABŞ dən siyasi, iqtisadi və hərbi asılı vəziyyətə düşməkdədir

Rusiya Ukrayna müharibəsində əsas hədəf olan Avropa ABŞ dən siyasi, iqtisadi və hərbi asılı vəziyyətə düşməkdədir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp ölkədə silah istehsalının sürətləndiriləcəyini bildirib. Tramp vurğulayıb ki, əsas problem silahın kifayət qədər sürətlə istehsal olunmamasıdır və ABŞ bundan sonra istehsal tempini əhəmiyyətli dərəcədə artıracaq.Bir müddət əvvəl, Tramp Müdafiə Nazirliyinin adını dəyişərək "Müharibə Nazirliyi" etmişdi. Trampın bu qərarlarını yeni müharibələr üçün hazırlığın göstəricisi hesab etmək olarmı?

Ehtiyyatda olan polkovnik, həri ekspert Şair Ramaldanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tramp tərəfdən bu mövqeyin bildirilməsinin bir neçə səbəbi var: “Birinci səbəb ondan ibarətdir ki, ABŞ-nin hərbi sənaye kompleksi dünyada ən böyük hərbi sənaye kompleksi sayılır. ABŞ başda olmaqla, bu hərbi sənaye kompleksi ölkənin idarəçiliyində də müəyyən bir təsir gücünə malikdir. Hətta çox vaxt dövlət rəhbərliyinə gələn, prezident seçilən şəxslərə hərbi sənaye kompleksinin müəyyən bir şəkildə öz maraqlarına uyğun dəstək verməsi müşahidə olunur”.

Şair Ramaldanov

Ekspertin fikrincə, ikinci səbəb ondan ibarətdir ki, geosiyasi proseslər və bu gün silah bazarında gedən yarışlar hərbi sənaye kompleksi üçün geniş imkanlar yaradıb: “Belə olduğu halda ABŞ da geridə qala bilər. Çünki mütəmadi olaraq biz eşidirik ki, Rusiya nəsə kəşf edib və silah bazarında müəyyən bir irəliləyiş var. Bu silah yarışının nəticəsi olaraq, hansısa yeni silahların istehsalı ilə bağlı məlumatlar yayılır. İran, Çin və digər ölkələr silah istehsalında müəyyən irəliləyişlər əldə edirlər. Bütün bu ölkələr ABŞ-yə dost olmayan ölkələrdir. Belə olduğu halda, ABŞ-nin hərbi sənaye kompleksinə daha da diqqət yetirməsi və büdcədən silah istehsalı ilə bağlı vəsaitlərin ayrılması bu cəhətdən məntiqidir”.

Hərbi ekspert hesab edir ki, digər bir səbəb ABŞ-nin ümumi konsepsiyası ilə bağlıdır, ancaq bu konsepsiya da Trampın mövqeyi və siyasəti ilə əlaqəlidir: “ABŞ-nin qarşısında qoyulan strateji hədəflər var. Bu hədəflərin birincisi, son zamanlarda Avropanın müstəqilliyinə müəyyən bir şəkildə nail olmaqdır. Avropa öz silahlı qüvvələrini yaratmaq istəyirdi. Belə olduğu halda, NATO-nun varlığı sual işarəsi altına düşür”.

“Bu gün Ukraynada gedən savaşın əsas hədəfi Avropa olduğu üçün, Avropa həm iqtisadi, həm də ictimai vəziyyətini tez qiymətləndirməlidir. Yəni Ukraynadan sonra bu proseslərdən əziyyət çəkən və itirən Avropa oldu. ABŞ da Avropanı enerji baxımından özünə asılı etdi. Avropanın iri sənaye müəssisələri ABŞ-yə köçdü. Çünki Avropada enerji daşıyıcılarının qiymətinin qalxması ağır sənaye məhsullarının istehsalını bahalaşdırdı.

Digər tərəfdən, Avropanın silahları da Ukraynaya daşındı. Silah məsələsində də boşluqlar var. Bu gün ABŞ öz silahlarını Avropaya satır. Onların da müəyyən bir hissəsini Avropa yenə də Ukraynaya göndərməli olub. Belə ki, artıq Avropanın Ukraynanı silahla dəstəkləmək imkanları getdikcə məhdudlaşır”-deyə Şair Ramaldanov qeyd edib.

Hərbi ekspert bildirib ki, ABŞ-nin yeni strateji hədəfləri var və Trampın gəlişindən sonra biz o strateji hədəflərin istiqamətini bildik: “Panama, Venesuela, Qrenlandiya, Kanada, Tayvan və digər ölkələrdə ABŞ-nin strateji hədəflərini görürdük. Sadəcə Trampın dönəmində bu proses reallaşmağa başladı. Biz bunu Venesuelada gördük. Bu prosesdə, ABŞ-nin hədəflərinə nail olması üçün əlverişli şərait var. Hazırda Avropa ABŞ-nin siyasətinə mane ola bilmir, çünki Avropanın özü ABŞ-dən asılı vəziyyətdədir.

Rusiyanın bu gün Ukrayna müharibəsində həm imkanları artıq məhdudlaşıb və eyni zamanda ABŞ sülh müqaviləsi "oyun"unu ortaya atıb. Bu gün Ukraynaya təsir edən dövlət ABŞ-dir. ABŞ Rusiyanın öz maraqlarını Ukraynada təmin etməsinə mane olmaq istəmir.

İran da daimi müəyyən bir gərginlik fonundadır. Çinlə bağlı Tayvan məsələsini ortaya ataraq, müəyyən bir şəkildə Çinin də ABŞ-nin əsas strateji hədəfləri olan Latın Amerikasında olan ölkələri - Qrenlandiya, Kanadanı müəyyən bir şəkildə öz təsiri altına salmasına mane olacaq. Biz bunu Venesuelada gördük. Hətta Çinin donanması hərəkətə gəldi. Ancaq Çinin bu dəstəyi sadəcə mənəvi məsələdədir, siyasi dəstək kimidir”.

Şair Ramaldanovun fikrincə, bu gün ABŞ-nin strateji hədəflərinə nail olmaq üçün mane ola biləcək böyük ölkələr və qüvvələr demək olar ki, yox səviyyəsindədir: “ABŞ bu faktdan istifadə edərək, həm Latın Amerika, həm Qrenlandiya istiqamətində öz siyasətini həyata keçirmək gücündədir. Bu gün ABŞ-nin öz strateji hədəflərinə çatmaq üçün əlverişli imkanları yaranıb. Venesueladan sonra digər Latın Amerika ölkələri gərgin vəziyyətdədir. Çalışacaqlar ki, münasibətlərini müəyyən bir şəkildə ABŞ-nin təsiri altında olan istiqamətdə öz iqtisadiyyatlarını inkişaf etdirsinlər”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 14 Yanvar 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see195

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see155

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri