Azərbaycan YUNESKO nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçilib
Icma.az, Apa.az saytına istinadən bildirir.
1-2 dekabr 2025-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 16-cı iclası keçirilib.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iclas çərçivəsində Azərbaycan Respublikası YUNESKO-nun Silahlı Münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə 2025-2029-cu illər üzrə üzv seçilib.
4 vakant yer uğrunda Azərbaycanla birgə 6 ölkə mübarizə aparıb. Rəqabət şəraitində keçirilmiş seçkilərin nəticəsində Azərbaycan səsvermənin ilk mərhələsində iştirak edən ölkələrin əksəriyyətinin səsini toplayıb.
Qeyd edək ki, sözügedən Komitə silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunmasını təmin etmək, 1954-cü il Haaqa Konvensiyasının və onun İkinci Protokolunun tələblərinə əməl olunmasına nəzarət etmək, habelə dövlətlərə bu sahədə texniki, hüquqi və institusional dəstəyin göstərilməsini təşviq etmək məqsədilə yaradılıb.
Azərbaycanın Komitəyə üzv seçilməsi, ölkəmizin mədəni irsin qorunması sahəsində beynəlxalq aləmdə formalaşmış müsbət imicinin, beynəlxalq platformalarda nümayiş etdirdiyi fəallığın və apardığı ardıcıl siyasətin göstəricisidir.
Azərbaycan daha əvvəl 2021-2025-ci illərdə Komitənin üzvü olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 02 Dekabr 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















