Azərbaycanda 150 min manatlıq qızıl sahibsiz elan olundu: 47 qolbaq, 47 boyunbağı...
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu qızıllar bir neçə ildir ki, Dövlət Gömrük Komitəsinin saxlanc yerində imiş. Bu illər ərzində heç kim onlara sahib çıxmaq üçün bu quruma müraciət etməyib.
Belə olan halda, Dövlət Gömrük Komitəsi özü bir müddət əvvəl həmin qızılların sahibsiz elan edilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə ərizə verib. Ərizədə göstərilib ki, bu qızılları məhkəməyə müraciətdən əvvəl Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə göndəriblər. “Azərekspertiza” Birliyi 12 sentyabr 2025-ci ildə rəy verərək, qızılların faktiki bazar dəyərini ümumilikdə 150 min 253 manat 60 qəpik qiymətləndirib.
“Göründüyü kimi, dəyəri ümumilikdə 150 min 253 manat 60 qəpik olan daşınar əşyanın sahibi yoxdur. Həmin əşyalara Dövlət Gömrük Komitəsi tərəfindən sahiblik edilməyə başlanıb. Nəzərə almaq lazımdır ki, həmin əşyanın sahibliyə verilməsi ilə əlaqədar Komitəyə müraciət olunmayıb. Belə olan təqdirdə ümumi dəyəri 150 min 253 manat 60 qəpik olan zərgərlik məlumatlarının sahibsiz elan edilməsi barədə qətnamə çıxarılmalıdır”, - deyə ərizədə qeyd olunub.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə ərizə təmin olunaraq, çəkisi 1 kiloqram 533 qram olan 20 və 27 ədəd olan iki cür boyunbağılar, 47 qolbaq sahibsiz elan edilib.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 14 Yanvar 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















