Icma.az
close
up
RU
Azərbaycanda 23 fevral işğalçı Qızıl ordu gününü kimlər bayram etmək istəyir?

Azərbaycanda 23 fevral işğalçı Qızıl ordu gününü kimlər bayram etmək istəyir?

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda bəzi restoranlarda 23 fevral kişilər günü kimi qeyd olunacaq. Sosial şəbəkələrdə yayılan reklam çarxlarında "möhtəşəm gecədə” tanınmış estrada ulduzları, müğənnilər, rəqqas və rəqqasələrin də iştirak edəcəyi bildirilir. Gecənin daha təmtəraqlı olması üçün restoranların əksəriyyətində giriş sərbəstdir.

Qaynarinfo-ya daxil olan məlumata görə, bundan başqa, bəzi dövlət idarə və müəssisələrində də qadın əməkdaşlardan 23 fevralda kişiləri təbrik etmək üçün pul yığılır. 26 iyun - Ordu günü, 8 noyabr - Zəfər günü olduğu halda Azərbaycanda tarixə qovuşmuş, işğalçı, qanlı izləri hələ yaddaşlardan silniməmiş "Qızıl ordu"nun yarandığı 23 fevralı yenidən gündəmə gətirmək kimlərə lazımdır?

Yazar Şərif Ağayar Qaynarinfo-ya bildirib ki, belə tədbirləri təşkil edənlərin əksəriyyəti yüksək vəzifə sahibləridir:


"Çox təəssüf ki, Azərbaycanın bəzi sahələrində sovet totalitarzminin bəzi uzantıları davam edir. Bir daha təəssüf ki, bu bizim ədəbiyyat sahəsində də elədir. Sovet düşüncəli insanlara, xüsusi ilə də bizim sahə üzrə külli ixtiyar verilib. Bunlar ağrıdıcı yox, sarsıdıcı faktorlardır. Aydın olur ki, bu boyda zülm və əziyyətlərdən sonra biz bəzi sahələrdə heç məsafə qət etməmişik. Sovetin uzantısı kimi davam etmişik. Bu məsələ isə acınacaqlı, bir az da yumoristik göstəricidir. Mən artıq bu cür insanların azərbaycanlı olduğuna şübhə edirəm. Əgər normaldırlarsa, ağılları başlarındadırsa, məntiqləri yerindədirsə, xəstə deyillərsə və s., 20 Yanvar, Xocalı faciəsi, 90-cı ilin Qarabağ hadislərindən sonra bir daha 23 fevralı, sovet ordusunun yaranma gününü necə və nə cürsə qeyd etmək ağrılı olduğu kimi, həm də gülməlidir. Komediyadır. Biz bu cür komediyaların şahidi oluruq”.

Şərif Ağayar hesab edir ki, bu tədbirlərin təşkilatçıları zamanla cəmiyyətə öz zərbələrini vurublar:

"Azərbaycan birmənalı başa düşməlidir ki, biz özümüz olanda bütün naliyyətləri qazanmışıq. Mən hər hansı bir ölkənin mədəniyyətinin öyrənilməsinin əlehinə deyiləm. Ancaq biz öz kökümüz üzərində hər şeyə nail olmalıyıq. Ölkəmizə sözün həqiqi mənasında azadlıq və müstəqillik arzulayıram".

Bahar Rüstəmli


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri