Azərbaycanda bank sektorunun biznes portfelinin həcmi qiymətləndirilib
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Ötən ilin sonuna Azərbaycanın bank sektorunun biznes portfelinin ümumi həcmi 14,8 milyard manat təşkil edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarımillik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.
"Biznes portfelinin 56 %-i təşkil edən müştərilər üzrə təhlillər aparılıb, nəticədə qeyri-maliyyə sektoru üzrə risklərin idarə olunan səviyyədə olduğu qənaətinə gəlinib.
Aparılmış hesablamalara əsasən, təhlildə əhatə olunan şirkətlərin 91 %-i mənfəətlə faəliyyət göstərməkdədir. Sektorun mənfəətliliyi əməliyyat mənfəəti marjası və xalis mənfəət marjası göstəriciləri vasitəsilə qiymətləndirilib. Sektorlar arasında informasiya və rabitə sektoru üzrə mənfəətlilik digər sektorlara nisbətən yüksək olub", - AMB qeyd edib.
Qeyri-maliyyə sektounun likviliyi mütləq və cari likvidlik əmsalları əsasında qiymətləndirilib. Təhlil nəticələrinə əsasən real sektorda mütləq likvidlik əmsalı aşağı olsa da, cari likvidlik əmsalı 1-dən yüksək olub (yalnız informasiya və rabitə sektorunda bu göstərici 1-dən aşağı olub).
Təhlil nəticələrinə əsasən kapitala nisbətdə ən yüksək borclanma və ən yüksək leverec əmsalı emal sənayesi sektorundadır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 04 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















