Icma.az
close
up
RU
Azərbaycanda bu qurumlar ləğv edilə bilər: səlahiyyətləri isə...

Azərbaycanda bu qurumlar ləğv edilə bilər: səlahiyyətləri isə...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda bəzi kəndlərdə, qəsəbələrdə yollar keçilməz vəziyyətdədir. Eyni zamanda dövlət balansında olan binalar da yararsız haldadır. Lakin problemlə maraqlanan qurum tapılmır. İcra hakimiyyətinə müraciət etdikdə bələdiyyəyə yönləndirir, bələdiyyə də ya eynisini edir, ya da hazırda büdcədə pul olmadığını bildirir.

Kəndlərdə olan problemləri kim həll etməlidir?

Globalinfo.az-a danışan Masazır Bələdiyyəsinin üzvü Elvin Baxşəlizadənin fikrincə, bu məsələyə ümumi yanaşmaq doğru olmaz.

“Əlbəttə, Bakıətrafı kəndlərdə, Abşeronda müəyyən problemlər mövcuddur. Təxminlərə görə, ölkə əhalisinin minimum yarısı qeyd olunan ərazidə məskunlaşıb. Bu baxımdan məsələyə kompleks şəkildə yanaşmaq, ərazidəki problemləri mərhələli şəkildə həll etmək lazımdır. Hazırkı reallıqda həm icra hakimiyyətləri, həm də bələdiyyələr yerlərdəki lokal problemlərin həllində iştirak edirlər”.

Elvin Baxşəlizadə

E.Baxşəlizadə deyib ki, Masazır Bələdiyyəsi son 1 il ərzində çox ciddi işlər görərək bu sahədə gözəl nümunə yaradıb:

“İl ərzində bir neçə küçə əsaslı şəkildə təmir olunub, şəhid və qazi ailələri daim diqqət mərkəzində saxlanılır, bəzi problemlər isə aidiyyəti dövlət qurumlarına yönləndirilib. Həmin işlərin həyata keçirilməsində bələdiyyə sədri Firdovsi Calalovun mühüm xidmətləri olub. Fikrimcə, bu fəaliyyət ölkədə mövcud olan digər bələdiyyələr üçün də gözəl nümunədir”.

Əmlak eksperti Mülkədar Rüstəmov isə qeyd edib ki, məsələyə bölgələrdən başlamaq daha məqsədəuyğundur:

“Bildiyiniz kimi, hər il rayon və regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları mövcuddur. Bu çərçivədə hər bir rayonun icra hakimiyyəti və nümayəndəlikləri öz ərazilərində yol infrastrukturu və digər sahələrin inkişafı üçün maliyyə vəsaitinin ayrılması məqsədilə dövlətə müraciətlər edirlər. Bu müraciətlər əsasən beşillik və onillik layihələr əsasında hazırlanır və hər rayonun ehtiyaclarına uyğun olaraq fərqlənir. Proseslər birbaşa icra hakimiyyətlərinin maraq və məsuliyyət dairəsinə daxildir və dövlət tərəfindən ayrılan proqram və layihələr hesabına həyata keçirilir. Lakin Bakı şəhərinə gəldikdə vəziyyət bir qədər fərqlidir. Son illərdə yol infrastrukturu ilə bağlı səlahiyyətlərin bir hissəsi icra hakimiyyətlərindən alınaraq xüsusi dövlət qurumlarına, o cümlədən yol layihələri üzrə ixtisaslaşmış strukturlara verilib. Buna baxmayaraq, ümumi məsuliyyət yenə də icra hakimiyyətlərinin üzərinə düşür və bu məsələlərin həllinə cavabdeh tərəf kimi çıxış edirlər”.

Mülkədar Rüstəmov

Əmlak eksperti bildirib ki, əsas problemlər daha çox kənd və ucqar ərazilərdə müşahidə olunur:

“Magistral, tranzit və dövlət əhəmiyyətli yollar, eləcə də sərhədyanı nəqliyyat xətləri əsasən qənaətbəxş vəziyyətdədir, daxili və beynəlxalq gediş-gəlişi təmin edir. Problemlər daha çox kənddaxili və kəndlərarası yollarla bağlıdır. Xüsusilə qərb və cənub bölgələrində bu yolların baxımsız vəziyyətdə olması ciddi çətinliklər yaradır. Məsələ isə birbaşa icra hakimiyyətlərinin fəaliyyəti ilə əlaqələndirilir. Burada əsas problemlərdən biri ölkəmizdə bələdiyyə sisteminin yetərincə formalaşmamasıdır. Əgər bələdiyyə sistemi inkişaf etmiş olsaydı, icra hakimiyyətləri bu qədər böyük məsuliyyət yükü altında qalmazdı.

Məsələn, Türkiyə təcrübəsinə baxsaq, bələdiyyələrin geniş səlahiyyətlərə və maliyyə müstəqilliyinə malik olduğunu görərik. Orada bələdiyyələr vergilər və yerli yığımlar hesabına özlərini təmin edir, yol infrastrukturu və bir çox sosial layihələri müstəqil şəkildə həyata keçirirlər. Təəssüf ki, bizdə bələdiyyə sistemi formal xarakter daşıyır. Adı var, lakin real təsir mexanizmləri zəifdir. Halbuki bələdiyyələrə daha geniş səlahiyyətlər və imtiyazlar verilsə, onlar öz daxili potensialları hesabına bir çox problemləri həll edə bilərlər. Hesab edirəm ki, yaxın gələcəkdə hökumət bu sahədə islahatlara gedə və bələdiyyə modelini gücləndirə bilər”.

M.Rüstəmov deyib ki, əgər bələdiyyə sistemi oturuşmuş və effektiv formada fəaliyyət göstərsəydi, təkcə bölgələrdə deyil, Bakıda da bir çox sosial və infrastruktur problemləri həll etmək mümkün olardı:

“Bunun üçün əsas şərt sistem dəyişikliyidir. İcra hakimiyyətlərinin ləğv edilərək bələdiyyələrə üstünlük verilməsi ölkənin gələcəyi üçün daha ümidverici və perspektivli görünür. Hazırda bələdiyyələrə ictimai etimad çox zəifdir. Onlar hətta əmlak və torpaq vergiləri kimi bələdiyyə gəlirlərini belə tam şəkildə toplaya bilmirlər. Bunun əsas səbəbi insanların bələdiyyə institutuna inanmamasıdır. Bu etimadı bərpa etməyin əsas yolu isə bələdiyyələrin real səlahiyyətlərə malik olmasıdır. Qarabağ bölgəsində Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi müsbət və yenilikçi bir addımdır və gələcəkdə digər rayonlarda da oxşar idarəetmə modellərinin tətbiqi mümkündür. Bununla belə, hesab edirəm ki, uzunmüddətli və dayanıqlı həll yolu məhz bələdiyyə sisteminin möhkəmləndirilməsindən keçir. Bələdiyyələr gücləndirildiyi təqdirdə, ölkədə mövcud olan bir çox problemlərin sistemli şəkildə həll olunacağına inanmaq olar”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri