Azərbaycanda formal təhsildən kənar öyrənmə üzrə yeni dövlət standartı qəbul edilib
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) beynəlxalq standart əsasında AZS ISO 29993:2025 “Formal təhsildən kənar öyrənmə xidmətləri. Xidmətə dair tələblər” yeni dövlət standartını qəbul edib.
525.az AZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartı ömürboyu təhsilin bütün növlərini əhatə etməklə, formal təhsildən kənar öyrənmə xidmətlərinə dair tələbləri müəyyən edir.
Standartın ölkədə tətbiqinin məqsədi formal təhsildən kənar öyrənmə xidmətlərinin təşkili prosesini beynəlxalq tələblərə uyğunlaşdırmaq, eyni zamanda keyfiyyətli və əlçatan öyrənmə imkanlarının təmin olunmasına şərait yaratmaqdır.
“Keyfiyyət Assossiasiyası” İctimai Birliyinin işləyib hazırladığı standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə edilib, konsensus əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün AZSTAND-a təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 05 May 2025 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















