Icma.az
close
up
RU
Azərbaycanda göz problemləri artıb SƏBƏB

Azərbaycanda göz problemləri artıb SƏBƏB

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

2024-cü ildə Səhiyyə Nazirliyi tabeliyindəki tibb müəssisələrinə oftalmoloji xidmətlərlə bağlı 138,5 min müraciət olub.

Bəs göz problemlərinin artması nə ilə əlaqədardır?

Oftalmoloq Kəmalə Mustafazadə Metbuat.az-a açıqlamasında göz problemlərinin artmasına səbəb olan faktorlardan danışıb.

Onun sözlərinə görə, ən çox rast gəlinən səbəblərdən biri uzun müddət ekranlara baxmaqdır:

“Kompüterlərdən və telefonlardan həddindən artıq istifadə edildikdə gözdə yorğunluq, qurugöz sindromu və uzaqgörmənin zəifləməsi yarana bilər. Yaşlanma da göz problemlərinin artmasının əsas səbəblərindən biridir. Yaş artdıqca gözün büllurunun elastikliyi azalır, bu da yaxın görmə zəifliyinə (presbyopiaya) səbəb olur. Eyni zamanda büllurun bulanması nəticəsində katarakta (mirvari suyu), torlu qişanın degenerasiyası kimi xəstəliklər yarana bilər”.

Həkim genetik faktorların da göz problemlərinin yaranmasında mühüm rol oynadığını bildirib:

“Ailədə göz xəstəlikləri və eynək qüsurları olan şəxslərdə uzaq görmənin zəifliyi (miyopiya), yaxın görmə zəifliyi (hipermetropiya), astiqmatizm və qlaukoma kimi xəstəliklərin yaranma riski daha yüksəkdir. Qlaukoma, yəni gözdaxili təzyiqin artması da görmə sinirini zədələyərək görmənin azalmasına səbəb ola bilər. Düzgün olmayan qidalanma da göz sağlamlığına təsir göstərir. A, C və E vitaminləri, həmçinin omeqa-3 yağ turşularının lazımi miqdarda qəbul olunmaması göz sağlamlığını zəiflədə bilər. Həmçinin göz gigiyenasına diqqət etməmək də göz problemlərinin yaranmasına səbəb ola bilər. Məsələn, linzaların düzgün istifadə edilməməsi, gözlərin tez-tez ovuşdurulması və infeksion xəstəlikləri olan şəxslərlə təmasda olmaq bu problemlərin baş verməsinə gətirib çıxara bilər”.

K.Mustafazadə qeyd edib ki, bəzi xroniki xəstəliklər də görmədə zəiflik yarada bilər:

“Məsələn, şəkərli diabet (diabetik retinopatiya) və arterial hipertenziya (hipertensiv retinopatiya), göz damarlarını zədələyərək görmə itkilərinə səbəb ola bilər. Ayrıca, ultrabənövşəyi şüalar və mavi işıq uzun müddət gözə birbaşa təsir etdikdə mirvari suyu və makulyar degenerasiya kimi göz xəstəlikləri riskini artırır. Zərərli vərdişlər, siqaret çəkmək göz damarlarını zədələyərək müxtəlif göz xəstəliklərinə yol açar. Göz sağlamlığını qorumaq və problemlərinin qarşısını almaq üçün mütəmadi göz müayinəsindən keçmək, sağlam qidalanmaq, ekran qarşısında vaxt keçirmə müddətinə nəzarət etmək və düzgün həyat tərzi sürmək vacibdir. Göz travmaları və infeksiyalar da görmə itkisinə səbəb ola bilər. Göz yaralanmaları və infeksiyalar qalıcı görmə itkisinə gətirib çıxara bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 19 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri