Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Azərbaycanda orta ömürlə bağlı ŞOK STATİSTİKA Təmiz havada yaşayanlar daha tez ölür

Azərbaycanda orta ömürlə bağlı ŞOK STATİSTİKA Təmiz havada yaşayanlar daha tez ölür

Icma.az xəbər verir, Publika.az saytına əsaslanaraq.

Regionlarda, əsasən də dağlıq rayonlarda yaşayan insanların daha uzunömürlü və sağlam olması danılmaz faktdır. Həmin ərazilərin təmiz havası, bulaq suyu, təbii qidalar və s. insanların sağlam və uzunömürlü olmasına səbəb olan amillərdəndir. Lakin ötən ilin müvafiq statistikası bu fikirləri alt-üst etdi.

Statistikaya görə, ötən il Azərbaycanda gözlənilən ömür uzunluğu 76 ilə bərabər olub. Ölkə üzrə gözlənilən ömür uzunluğunun ən çox olduğu rayon Abşeron (82,7 il), ən aşağı isə Daşkəsən rayonu (72,3 il) hesab edilir. Əgər həqiqətən də Bakı-Abşeron ərazisində yaşayan insanlar uzunömürlülər sırasındadırsa, belə çıxır ki, burada havanın, qidalanmanın insan ömrünün uzunluğuna təsiri yoxdur. Yəni indiyə kimi bildiklərimiz doğru deyilmiş.

Maraqlıdır, görəsən qeyd olunan statistika nə dərəcədə doğrudur? İnsanın ömrünün uzun olması yaşadığı məkandan asılıdır, yoxsa stress, çətin həyat ömrün qısalmasına təsir edir?

Mövzu ilə bağlı Publika.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı hesab edir ki, insan ömrünün uzun olması sağlam mühitlə bağlıdır:

“İstənilən qəbiristanlıqda müşahidə aparmaqla bilmək olar ki, insanlar neçə yaşlarında dünyasını dəyişirlər. Azərbaycanda orta ömür müddəti 77 deyilirdi, bu il 76 olub, bu isə inandırıcı deyil. Burada çox ciddi anlaşılmazlıqlar var. Orta ömür müddətinə təsir edən bir çox faktorlar var. Məsələn, sağlam həyat tərzi, təbii qidalanma, yaşadığı iqlim, iş şəraiti, stress, ətrafdan aldığımız neqativ təsirlər və s. Şəhərlərdə daha çox şüalanma var, üstəlik səs-küy norması həddindən artıq çoxdur, beyin yorulur. Bunlar hamısı immuniteti zəiflədir. Bundan əlavə, havanın tərkibi, məsələn, şəhərlərdə oksigen səviyyəsi çox aşağıdır. Havanın tərkibində minlərlə zərərli maddələr var. Yəni qeyri-təbii olan ərazilərdə ömür müddəti yuxarı ola bilməz. Dünyanın heç bir yerində belə fakt yoxdur”.

Ekspert Bakı-Abşeron ərazisində ömür müddətinin yuxarı olmasının inandırıcı olmadığını vurğuladı:

“Azərbaycanda həmişə ucqar dağ rayonlarında ömür müddəti yüksək olub, uzunömürlülər həmin ərazilərdə olub və bütün dünyada da belədir. Bizdə onsuz da əhalinin statistikası, yerləşməsi, demoqrafik vəziyyətlə bağlı rəqəmlər tamamilə bərbad haldadır, düzgün deyil. Çünki qeydiyyat yerində yaşamayan milyonlarla insan var. Faktiki rəqəmlərə qalsa, Bakı-Abşeron ərazisində guya iki milyon yarım adam var, faktiki olaraq isə burada 5-6 milyon adam yaşayır. Ola bilər ki, artıq ucqar rayonlarda, dağlıq ərazilərdə yaşamaq mümkün olmadığına görə, bir çox yaşlılar ailələri ilə birlikdə köçüb gəlirlər bu zonada məskunlaşırlar. Nəticədə burada onların hesabına uzunömürlülərin sayı artır. Uzunömürlülüyün, sağlamlığın tək bir şərti var: İnsan təbii qidalanmalı və sağlam həyat tərzi keçirməlidir. Bundan başqa şərt yoxdur. Bu isə regionlarda, əsasən də havası, suyu və yaxşı şəraiti olan dağlıq rayonlarda mümkündür”.

Elçin Bayramlı bildirdi ki, şəhərlərdə və şəhərə yaxın yerlədə, aktiv ərazilərdə yaşayan insanlar uzunömürlü ola bilməz:

“Bu, mümkün deyil. Ona görə də bu statistika reallığı əks etdirmir. Bu, onunla bağlıdır ki, bizdə əhalinin siyahıya alınmasında, qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanın arasında çox ciddi problemlər var. Şəxsən ən azı yüz nəfər tanıyıram ki, faktiki surətdə müxtəlif rayonlarda qeydiyyatdadırlar bütün sənədləri, hər şeyi ordadır, ancaq Bakıda yaşayırlar. Bu artıq müəyyən statistikalarda təbii ki, fərqli göstərici olacaq. Belə yüz minlərlə insan var. Ona görə də statistikanı belə aparmaq mübahisəlidir.

Ümumilikdə son dövrlərdə əhalinin orta ömür müddəti sovet dövrü ilə müqayisədə xeyli aşağı düşüb. Biz bunu müşahidələrdə görürük. Məsələn, dünyasını dəyişənlərə baxın. Son bildiyiniz, getdiyiniz 20-30 nəfərin dəfnində mərhumun yaşını gözünüzün qarşısına gətirin. Təxminən 40-65 aralığında olduğunu görərik. Bu necə olur ki, sovet dövründə də orta ömür müddəti 77 idi, indi də?! Mən uşaq olanda görürdüm ki, rəhmətə gedənlər 80-100 yaşlarında olan insanlar idi. Amma indi 50-60 yaş civarında və nadir hallarda bir-iki nəfərin 70-80 yaşda öldüyünü görmək olur. Hazırda xəstəliklər, problemlər artıb, insanlar daha tez dünyasını dəyişir. Yəni bu necə ola bilər ki, 30-40 il əvvəl qeydə alınan ömür müddəti indi də eynidir. Bu, mümkün deyil. Düşünürəm ki, qeyd olunan rəqəmlərdə çox ciddi problemlər var”.

Ekspertin sözlərinə görə, statistikada yaş hədinin bu şəkildə göstərilməsi pensiya sistemi ilə də bağlı ola bilər:

“Orta ömür müddəti 77 götürüləndə guya ki, insanlar 12 il pensiya alacaq. Amma dövlətin rəsmi statistikasına baxaq. Kişilərin təxminən 40 faizi pensiya yaşına çatmadan, 40-60 yaşında dünyasını dəyişir. Bu real, rəsmi faktdır. Yerdə qalanların da hamısı 77-yə çatmır. Onlar da 65-dən sonra bir neçə il yaşayırlar. Burada problem iki tərəfdədir. Birinci əhalinin yerləşməsi, real qeydiyyat ünvanlarının fərqli olması, heç bilinmir ölkədə kim harada yaşayır. İkincisi isə rəqəmlərlə manipulyasiya məsələsidir. Pensiya müddətinin, məbləğinin təyin edilməsində bu şərtlər əsas götürülür. Guya əhali ortalama 77 il yaşayır. Ancaq dediyim kimi, bəlkə də kişilərin yarıdan çoxu pensiya yaşına çatmadan dünyasını dəyişir. Vaxtilə Azərbaycan dünyada uzunömürlülər ölkəsi kimi tanınıb. Amma son dövrlərdə bu, belə deyil. Artıq dünyada heç ilk yüzlüyə də düşmürük, son dövrlərdə xəstəliklərin çoxaldığının, ortalama ömür müddətinin qısaldığının şahidi oluruq. Yəni statistik rəqəmlər qətiyyən inandırıcı deyil. Təbi ki, biz bunu sübut edə bilmərik, 10 milyon insanı bizim araşdırmaq imkanımız yoxdur. Rəsmi rəqəmdən ən azı 10 il çox göstərilir. Bunlar da bir-biri ilə bağlıdır. Ölkədəki sosial-iqtisadi vəziyyət, insanların həyat tərzi, iş mühiti, əsəb, stress, gərginlik, işsizlik, evsizlik və bu kimi çoxsaylı problemlər insanların salamlığına, ömür müddətinə təsir edir. Bu problemlər 30-40 il müddətində artıbsa, ola bilməz ki, ortalama ömür müddəti də yerində qalsın. Azalma burda da özünü göstərməli idi. Bütün bunlar açıqlanan rəqəmlərdə ciddi problemin olduğunu deməyə əsas verir. Fikrimcə, bu məsələ başqa bir formada araşdırılmalıdır ki, ölkədə real vəziyyətin necə olduğu dəqiq bilinsin”.

Gülnar Süleymanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://publika.az
archiveBu xəbər 11 Dekabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri