Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 4 % dən çox artıb
Icma.az, Banco.az saytına istinadən bildirir.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 124 milyon manat vəsait daxil olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 % çoxdur.
10 ay ərzində qurum 49 hərrac keçirib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 980 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə Dövlət Xidməti 477-si qeyri-yaşayış, 3 412-si torpaq sahələri üzrə olmaqla 3 889 yeni icarə müqaviləsi bağlayıb. Bu isə 1 il əvvələ nisbətən 6,8 % azdır. Son nəticədə dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə illik müqayisədə 24,4 % çox - 48 milyon manat vəsait ödənilib.
Beləliklə, yanvar-oktyabr aylarında özəlləşdirmə və icarədən büdcəyə ümumilikdə 172 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 9,2 % çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 23 Noyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















