Icma.az
close
up
RU
Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə

Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də Mədəniyyət Nazirliyində nazir Adil Kərimlinin iştirakı ilə ölkəmizdə sənət tənqidinin vəziyyətinə həsr olunan ictimai müzakirə keçirilib.

Bu barədə AZƏRTAC-a nazirlikdən məlumat verilib.

Tədbirdə vurğulanıb ki, sənət tənqidi mədəniyyət sahəsinin yalnız müşahidəçisi deyil, onun keyfiyyətini formalaşdıran əsas intellektual mexanizmlərdən biridir. Bu baxımdan, tənqidin yoxluğu və ardıcıl olmaması ümumi yaradıcı mühitə birbaşa təsir göstərir.

Müzakirələr zamanı teatr, kino, musiqi və təsviri sənət sahələri üzrə tənqidin mövcud vəziyyəti barədə ayrı-ayrı mütəxəssislər öz fikirlərini bölüşüblər. Bildirilib ki, müstəqil ekspert mühitinin məhdudluğu, peşəkar elmi-nəzəri yanaşmaların zəif tətbiqi bu günün əsas çağırışlarıdır. İstənilən yaradıcılıq sahəsinə peşəkar və obyektiv tənqidi münasibət olmayanda inkişaf təsadüfi xarakter daşıyır, keyfiyyət istənilən səviyyədə formalaşmır.

Tədbirdə mütəxəssislər tərəfindən sahənin inkişafına xidmət edəcək konkret təkliflər səsləndirilib. Bildirilib ki, ali təhsil müəssisələri ilə inteqrasiyanın gücləndirilməsi və tənqid üzrə ixtisaslaşmış kadr hazırlığının genişləndirilməsi zəruridir. Müasir analitik və media platformaları üzərindən tənqidin ictimai təsir imkanlarının artırılmasına ehtiyac var. Gənc tənqidçilərin formalaşdırılması və stimullaşdırılması, eyni zamanda bu sahədə beynəlxalq təcrübənin tətbiqi ilə müasir tənqid metodologiyasının inkişafına nail olmaq mümkündür.

Xüsusi olaraq vurğulanıb ki, sənət tənqidinin gücləndirilməsi “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas prioritetləri ilə birbaşa bağlıdır və mədəniyyətin davamlı inkişafı, yaradıcı sənayelərin rəqabət qabiliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Qeyd olunub ki, gələcəkdə ədəbi tənqid sahəsi ilə bağlı ayrıca müzakirə təşkil ediləcək.

Görüşün yekununda səsləndirilən təkliflərin sistemləşdirilərək praktik fəaliyyət planına çevrilməsi tövsiyə olunub və aidiyyəti qurumlarla koordinasiyalı şəkildə icrasının təmin ediləcəyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Aprel 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri