Icma.az
close
up
RU
Azərbaycanda tez tez insanlar bu səbəbdən ölür Necə qorunaq?

Azərbaycanda tez tez insanlar bu səbəbdən ölür Necə qorunaq?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Son iki gündə dəm qazından zəhərlənmə nəticəsində baş verən ölüm halları cəmiyyətdə yenidən ciddi narahatlıq yaradıb. Qış aylarında və xüsusilə də qapalı məkanlarda isitmə sistemlərindən istifadə zamanı bu cür hadisələrin sayı artır. Əksər hallarda bu faciələr təhlükəsizlik qaydalarına əməl olunmaması və texniki nasazlıqlar səbəbindən baş verir. Bəs dəm qazından zəhərlənmə hallarının əsas səbəbləri nələrdir və bu cür faciələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, dəm qazı natamam yanma məhsuludur:
“Yanma prosesi düzgün getmədikdə yaranır. Yanma prosesi standartlara uyğun olmayan qaz cihazlarından istifadə etdikdə, otaqda kifayət qədər hava olmadıqda, tüstü bacası normativ standartlara uyğun olmadıqda, qaz cihazlarına hər hansı bir kənar müdaxilə etdikdə, bu, yanma prosesini əngəlləyən amildir ki, dəm qazında yaranma riskini artırmış olur. Ümumiyyətlə, qaz cihazı olan otaqda mütləq təhlükəsizlik məsələsi ön planda olmalıdır. Yəni qazın yanması üçün otaqda kifayət qədər oksigen tələb olunur. Ona görə qaz cihazı quraşdırılan otağa mütləq diqqət yetirmək lazımdır ki, nəfəslik, havalandırma, tüstü bacaları normativ standartlara uyğun və işlək vəziyyətdə olsun”.
O deyib ki, dəm qazı və qaz sızması əleyhinə detektorlar olmalıdır:
“Yəni əgər tüstü bacası quraşdırılıbsa, normativ standartlara uyğun deyilsə, onun sorma qabiliyyəti yoxdursa, o tüstü bacasının heç bir faydası olmayacaq, yəni öz işini görə bilməyəcək. Ona görə mütlə, standartlara və normativ tələblərə uyğun quraşdırılması, istifadəsi həyata keçirilməlidir ki, tüstü bacasının sorma qabiliyyəti olsun. Ümumiyyətlə, dəm qazı hamam otaqlarında olur. Hamam otaqlarında ümumiyyətlə təhlükəsizlik baxımından qaz cihazının quraşdırılması məqsədəuyğun deyil. Ancaq quraşdırılıbsa belə, orada mütləq təhlükəsizlik məsələsi nəzərə alınmalıdır ki, otağın hündürlüyü 2.2 metr olmalıdır. Otaqda nəfəslik, ventilyasiya olmalıdır, havalandırma olmalıdır. Tüstü bacası normativ standartlara uyğun və işlək vəziyyətdə olmalıdır. Təbii ki, belə olan halda artıq təhlükəsizlik tədbirləri görülmüş olur ki, dəm qazının da qurbanına çevrilməkdən qorunmuş oluruq. Ona görə mütləq hər kəs, yəni evdə qaz təsərrüfatından istifadə olunursa, mütləq təhlükəsizliyi ön plana almalı, otaqda, qaz cihazı olan otaqda havalandırmanın olmasına və dəm qazı və qaz sızması əleyhinə detektorların olmasına diqqət etməlidir. Dəm qazı əleyhinə olan detektor, dəm qazı əmələ gələndə xüsusi səs siqnalı vasitəsilə bununla bağlı istehlakçı məlumatlı olur və onun qurbanına çevrilməkdən qorunmuş olur”.
Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri