Azərbaycanın 3x3 basketbol yığması Avropa Kubokunda ilk dəfə gümüş medal qazandı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, yığma finalda Niderland seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibinə 16:21 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13), yarımfinalda İspaniyanı (21:17) üstələyib. Millimiz tarixində ilk dəfə finalda çıxış edib.

Azərbaycanın qrup komandası Avropa kubokunda gümüş medal qazanıb
16 May 2025 18:02
Avropa Kubokunda gümüş medal
09 Sentyabr 2025 14:57
Azərbaycanın 3x3 basketbol yığması Qadın Seriyasının final mərhələsində
31 Avqust 2025 10:21
Basketbol millimiz Avropa Kubokunda ilk dəfə finala vəsiqə qazandı VİDEO
07 Sentyabr 2025 19:14
Bu gün Azərbaycanın basketbol klubu Avropa Kubokunda ilk oyununa çıxacaq
24 Sentyabr 2025 11:22

