Icma.az
close
up
RU
Azərbaycanın büdcə profisiti 2026 cı ildə ÜDM in 5 % nə çata bilər ING

Azərbaycanın büdcə profisiti 2026 cı ildə ÜDM in 5 % nə çata bilər ING

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq maliyyə qrupu ING 2026-cı il üzrə yenilənmiş iqtisadi proqnozunda Azərbaycanın dövlət maliyyəsinin və xarici balansının möhkəmlənəcəyini gözlədiyini açıqlayıb.

Metbuat.az agentliyinin ING-nin hesabatına istinadən verdiyi məlumata görə, maliyyə qrupu 2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin profisitinin ümumi daxili məhsulun (ÜDM) 5 %-ni, cari əməliyyatlar hesabının profisitinin isə ÜDM-in 11 %-ni təşkil edəcəyini proqnozlaşdırır.

ING analitiklərinin qiymətləndirməsinə əsasən, Azərbaycan qlobal enerji daşıyıcılarının qiymətlərindəki artımdan faydalanan əsas ölkələrdən biri olaraq qalır. Hesabatda qeyd olunur ki, enerji sektorundan əldə olunan yüksək gəlirlər və ölkənin enerji diplomatiyasının genişlənməsi iqtisadi göstəriciləri dəstəkləyən əsas amillərdir.

Analitiklər həmçinin Azərbaycanın enerji və nəqliyyat layihələri üzrə strateji mövqeyinin gücləndiyini bildirirlər. Hesabatda vurğulanır ki, "Azəri-Çıraq-Günəşli" yatağına beynəlxalq investisiyaların cəlb edilməsi istiqamətində işlər davam edir, Abşeron qaz yatağından Türkiyəyə qaz tədarükünü nəzərdə tutan 15 illik saziş imzalanıb. Bundan əlavə, Bakı–Supsa neft kəməri Qazaxıstan üçün alternativ ixrac marşrutu kimi qiymətləndirilir.

Bununla yanaşı, ING iqtisadiyyat üçün mövcud risklərə də diqqət çəkir. Hesabata görə, Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya prosesləri, eləcə də qlobal iqtisadi artım tempinin zəifləməsi ölkə iqtisadiyyatına təsir göstərə biləcək əsas risk faktorları sırasında yer alır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 İyul 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri