Azmade Group ekoloji təmiz məhsul AAC “Gobustone” ilə COP29da ölkəmizi təmsil etdi FOTO
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkəmizin uğurla ev sahibliyi etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Azmade Group ekoloji təmiz məhsulu olan AAC “Gobustone” layihəsi ilə ölkəmizi təmsil etdi.
Şirkət bu qlobal tədbirin mühüm - "Davamlı Dünya" konsepsiyası çərçivəsində 2011-ci ildən "Yaşıl Sənaye"yə xidmət etdiyini bir daha nümayiş etdirərək tədbir çərçivəsində mühüm görüşlər keçirdi.
Tədbirdə Azmade Group-un İdarə Heyətinin sədri Emruz İsgəndərov dünya xalqları arasında “Yaşıl Sənaye” mövzusunda keçirilən müzakirələr zamanı COP konsepsiyası üzrə gələcək planların qurulması ilə bağlı maraqlı çıxışları ilə yadda qaldı.
Emruz İsgəndərov bildirib ki, müasir dövrümüzdə qlobal təşəbbüslər artıq vacib, hətta şərtdir: “Məqsədimiz yaşıl sənaye layihələrində həmrəylik nümayiş etdirərək “yaşıl tikinti”nin xüsusilə insan sağlamlığına, eyni zamanda iqtisadi faydalarını dünyaya çatdıraraq davamlı işlər görməkdir”.
Qeyd edək ki, Azmade Group əməkdaşları “Green Zone”da ölkəmizin yaşıl sənayesinin hər zaman dövlətimizin prioritet istiqaməti olduğunu nümayiş etdirərək, qonaqları ən son layihələrlə tanış ediblər.
COP29 uğur hekayəsi komanda işi idi, lakin həqiqətən də komanda deyil, böyük bir ailə oldu!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 29 Noyabr 2024 11:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















