Babək rayonunun 10 kəndində su təchizatı və kanalizasiya sistemləri yaradılır Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 10 kənddə su təchizatı və kanalizasiya sistemləri yaradılır.
BAKU.WS bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, layihə rayonun Kültəpə, Kərimbəyli, Zeynəddin, Qahab, Naxışnərgiz, Nəcəfalı Dizə, Sirab, Yarımca, Hacıvar və Badaşqan kəndlərini əhatə edəcək. Hazırda tikinti işlərinin texniki-iqtisadi əsaslandırması və layihə-smeta sənədləri hazırlanır.
İşlər çərçivəsində təxminən 803 ha ərazidə mühəndis axtarış işləri (geodeziya, topoqrafiya, mühəndis-geoloji işlər və hesabatın hazırlanması) aparılacaq. Su mənbəyi araşdırılacaq və su nümunələri analiz ediləcək.
Bundan başqa, təxminən 4 129 ev üçün mövcud normativ və standardların tələblərinə uyğun su və kanalizasiya sistemlərinin layihə-smeta sənədləri hazırlanacaq.
Layihəni icrası zamanı onun ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) hesabatı da tərtib olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 05 Dekabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















