Icma.az
close
up
RU
BAHÇALI NİYƏ TÜRKİYƏ RUSİYA ÇİN DEDİ? Ankaranın mesajı London və Vaşinqtonu hərəkətə keçirdi

BAHÇALI NİYƏ TÜRKİYƏ RUSİYA ÇİN DEDİ? Ankaranın mesajı London və Vaşinqtonu hərəkətə keçirdi

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türk bloku hansı qütbə daha yaxın dayanacaqsa, həmin qütbün mövqeləri son dərəcə güclənəcək

Namiq Bilal

MHP sədri Dövlət Bahçalı gündəmi silkələyən bəyanatla çıxış edib. O, ABŞ–İsrail ittifaqının Böyük Orta Doğunu və Türkiyəni ağlagəlməz təhlükələrə məruz qoyması səbəbindən Türkiyənin Çin və Rusiya ilə ittifaq (TÇR) qurması təklifini irəli sürüb. Son illərin təcrübəsi göstərir ki, Türkiyə hansısa istiqamətdə taleyüklü addım qərarı verirsə, bu qərar ilk öncə Dövlət bəyin dilindən səslənir. Bu bəyanatın diplomatik manevr, yoxsa Ankaranın strateji yöndəyişdirmə planı olub-olmadığını araşdırmağa çalışaq.

Köhnə dünya dağılıb, yeni dünya qurulur. İki əsas qütb formalaşır: başda ABŞ olmaqla Qərb və başda Çin olmaqla Şərq bloku (və ya Qlobal Cənub). Köhnə dünyada Türkiyə Qərb blokunun bir parçası idi. Lakin Qərb heç zaman Türkiyəyə qarşı birmənalı və səmimi müttəfiq olmayıb. ABŞ və Avropa Türkiyəyə qarşı PKK terrorunu dəstəkləyib, Böyük Orta Doğu layihəsi çərçivəsində açıq şəkildə Türkiyəni parçalamağa çalışıblar. Türkiyə isə dirəniş göstərdi və yanına Türk cümhuriyyətləri, Liviya, Qətər, Suriya kimi dövlətləri də alaraq özünəməxsus blok formalaşdırdı. Sonradan Pakistan, Malayziya və bəzi Balkan ölkələri də bu bloka yaxınlaşdı, birgə hərəkət etməyə başladılar.

Bu dövlətlər qrupunu şərti olaraq “Türk bloku” adlandıraq. Həmin blok həm coğrafi, həm də geosiyasi mövqeyinə görə iki böyük qütbün arasında yerləşir. Hadisələrin gedişatı göstərir ki, iki qütb arasındakı münasibətlər getdikcə daha da kəskinləşəcək. Belə şəraitdə Türk bloku hansı qütbə daha yaxın dayanacaqsa, həmin qütbün mövqeləri son dərəcə güclənəcək. Bu vəziyyəti düzgün qiymətləndirən Türkiyə öz güclü mövqeyindən ustalıqla yararlanır.

Məsələn, Türkiyə Ukraynaya öldürücü silahlar satır, amma Rusiya Türkiyəni qarşısına ala bilmir. Eyni zamanda, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmur, rus neftini, qazını və digər strateji məhsullarını dünya bazarına çıxarır. Qərb isə Türkiyəni itirmək qorxusu qarşısında Ankaranın bu mövqeyinə göz yumur. Tərəflərdən heç biri Türkiyəni itirmək, qarşısına almaq və əks qütbün ağuşuna atmaq istəmir.


Bu prizmadan yanaşdıqda D. Bahçalının TÇR təklifi öz əhəmiyyətini bütün ağırlığı ilə ortaya qoyur. Türkiyəni, üstəlik ətrafında topladığı yeni türk blokunu itirməyi iki böyük qütbdən heç biri gözə ala bilməz. Bu reallıqdan çıxış edən Ankara Bahçalının dili ilə Qərbə çox ciddi xəbərdarlıq edir:

-Bizimlə siyasi, iqtisadi, hərbi və texnoloji əməkdaşlığı səmimi müstəviyə keçirin.

-İsraili nüvə bombası ilə silahlandırıb üzərimizə göndərmək planlarından vaz keçin, Qüds bizim qırmızı cizgimizdir.

Son hadisələrdən belə anlaşılır ki, Ankaranın xəbərdarlığı öz işini görüb. Bəyanatdan sonra ABŞ və İngiltərədən gələn reaksiyaları Bahçalının çıxışına verilən cavab kimi dəyərləndirmək olar.


ABŞ prezidenti öz sosial media hesabında yazır: “25 sentyabrda Ərdoğanla olan görüşümü səbirsizliklə gözləyirəm.”

Türk mətbuatında yayılan məlumatlara görə, bu görüşdə Türkiyə ilə ABŞ arasında hərbi-texnoloji əməkdaşlığın dərinləşdirilməsi və hətta Türkiyənin illər öncə çıxarıldığı F-35 proqramına yenidən qaytarılması məsələləri müzakirə olunacaq.

İngiltərənin MI-6 kəşfiyyat şefi Riçard Mur isə İstanbulda Türkiyə–İngiltərə münasibətləri ilə bağlı geniş açıqlamalar verdi. Həmin açıqlamaların Bahçalının bəyanatına cavab kimi görünə biləcək bəzi məqamlarına diqqət yetirək. R. Mur qeyd etdi ki, İngiltərə İsrailin Qəzzada törətdiyi qətliamdan çox narahatdır, İngiltərə Fələstin dövlətinin yaranmasına tərəfdardır və Qəzza problemi ilə bağlı Türkiyə və İngiltərə kəşfiyyatları birgə çalışırlar. İki dövlətli çözüm planına görə Qüds bütövlükdə İsrailə verilməyəcək.

Murun çıxışının digər hissəsində isə vurğulandı ki, Türkiyə və İngiltərə Ukrayna məsələsində də birgə fəaliyyət göstərirlər və hər iki dövlət Krım tatarlarının problemi ilə məşğuldur. Krım tatarı məsələsi isə D. Bahçalı üçün son dərəcə həssas mövzudur. MI-6 rəhbəri Türkiyə və İngiltərənin Qafqazda, Ukraynada, Suriyada, Fələstində birgə fəaliyyət göstərdiklərinin altını cızaraq, Türkiyəni “vazkeçilməz tərəfdaş” adlandırdı. Beləliklə, R. Mur məhz İstanbuldan bəyan etdi ki, İngiltərə olmasaydı, Türkiyə göstərilən istiqamətlərdə ciddi uğurlar qazana bilməzdi.

İstənilən halda Türkiyənin Qərblə münasibətləri kəsib TÇR qurma ehtimalı zəifdir. Lakin bəyanat çox sərtdir və D. Bahçalı da qulaqardına vurulacaq bir siyasətçi deyil. Bu çıxış göstərir ki, Türkiyə Qərbin ikili standartlarından və ikibaşlı oyunlarından hədsiz dərəcədə bezib. Əgər Qərbin Türkiyəyə yanaşması kökündən dəyişməzsə, Ankara daha iri addımlarla Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS və digər şərqmeyilli təşkilatlara yaxınlaşacaq. Üstəlik, Türkiyənin təkbaşına deyil, şərti “Türk bloku” ilə Şərq qütbünə doğru yönəlməsi geriləməkdə olan Qərbin maraqlarına əsla uyğun deyil.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Sentyabr 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri