“Böyük Qayıdışı uğurla həyata keçirən Lider!” Deputat geniş məruzə ilə çıxış edib
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə “Böyük Qayıdışı uğurla həyata keçirən Lider!” mövzusunda tədbir keçirilib.
Tədbirin rəsmi hissəsindən öncə Bakı Biznes Universitetinin inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Milli Məclisin deputatı Rövşən Muradov geniş məruzə ilə çıxış edib.
"AzPolitika" millət vəkilinin çıxışını təqdim edir: "Bildiyimiz kimi, xalqımız keçən il “Konstitusiya və Suverenlik İli”ndə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizin 5-ci ildönümünu möhtəşəm bayram günləri kimi qeyd etdi.
Məlumdur ki, 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində parlaq Qələbənin əldə edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, dövlət başçısı cənab İlham Əliyevin yenilməz siyasi, hərbi iradə və qətiyyəti, ordumuzun qəhrəmanlığı, qəhrəman Şəhidlərimizin canı, qazilərimizin, əsgər və zabitlərimizin qanı bahasına mümkün oldu. Bununla da, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Dövlətimizin və xalqımızın həyatında müstəsna əhəmiyyət kəsb edən bu möhtəşəm Qələbə sayəsində Dövlət Bayrağımız suverenliyimizin bərpa olunduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Qələbə nətisəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq və yüz minlərlərlə məcburi köçkünün əvvəlki yaşayış yerlərinə qaytarılması, əhalinin təhlükəsiz və ləyaqətli yaşayışının təmin edilməsi məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” cənab Prezident tərəfindən təsdiq edilmiş və onların reallaşdırılması ilə bağlı digər sərəncamlarla “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqram”ı qəbul edilmişdir.
Sözügedən strategiyanın həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 mlrd. manat vəsait ayrılıb və nəzərdə tutulmuş tapşırıqlar təqribən 78 faiz səviyyəsində icra olunub.
“Böyük Qayıdışa dair I Dövlət Proqram”ının ümumi icra faizi təqribən 79 faizdir. Bu gün əsas investisiya layihələrinin istiqaməti Qarabağ və Şərqi Zəngəzurdur və cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə işğaldan azad edilmiş torpaqlarda sürətli bərpa-quruculuq işləri aparılır.
Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21,6 mlrd. manat vəsait ayrılıb. 2026-cı ildə isə bu rəqəm 3,5 mlrd. manat təşkil edəcəkdir.
Ümumilikdə, 2020-ci ildən bəri 2026-cı ildə daxil olmaqla işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25,1 milyard manatdan çox vəsait ayrılıbdır. Bu vəsaitlər əsasən, təhlükəsizlik tədbirlərinin görülməsinə, yaşayış məntəqələrinin salınmasına və sosial-iqtisadi və infrastruktur layihələrin icrasına yönəldilmişdir ki, onların da iqtisadiyyatımız üçün yaradacağı əlavə dəyər orta və uzunmüddətli dövrdə gözlənilir.
Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulubdur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpaolunan enerji mənbələri üzrə yüksək potensialı da nəzərə alınaraq bu ərazilərin yaşıl enerji zonası kimi inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən biri kimi müəyyən edilib. Belə ki, indiyədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 38 su elektrik stansiyası, eyni zamanda, ərazilərin dayanıqlı su təminatının formalaşdırılması məqsədilə 4 su anbarı istifadəyə verilib. Elektrik enerjisi ilə fasiləsiz təminat üçün 14 yarımstansiya inşa edilib, 1000 kilometrdən artıq yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib.
İşğaldan azad edilmiş ərazilərdə sənaye potensialının formalaşdırılması əsas hədəfərdən biri olduğuna görə, bu məqsədlə Ağdam və Cəbrayıl rayonlarında yaradılmış sənaye parkları xüsusi əhəmiyyət kəsb edir. Hazırda hər iki sənaye parkında 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb ki, bu da özəl sektorun azad edilmiş ərazilərə artan marağını və investisiya mühitinin institusional əsaslarının formalaşdığını göstərir.
Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatına yararlı torpaq sahəsi 610,5 min hektar, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 299,6 min hektar təşkil edir ki, bu da geniş əkin, biçənək və örüş sahələrinin mərhələli şəkildə istehsal dövriyyəsinə cəlb olunmasına imkan yaradır.
Qarabağda və Şərqi Zəngəzurda əhalinin rahat yaşayışının təmin edilməsi üçün təhsil və səhiyyə infrastrukturunun qurulmasına da ciddi diqqət göstərilir ki, bu məqsədlə də indiyədək 19 ümumi təhsil, 7 məktəbəqədər təhsil müəssisəsi, bölgədə ilk ali təhsil müəssisəsi olan Qarabağ Universiteti istifadəyə verilmişdir. Dövlət Proqramı çərçivəsində 1 rayon mərkəzi xəstəxanası, 6 ailə sağlamlıq mərkəzi, 7 tibb məntəqəsi, 3 modul tipli xəstəxana və 1 poliklinika olmaqla ümumilikdə, 18 səhiyyə obyektinin fəaliyyəti tam təmin edilib.
Əhalinin geri qayıdışının və işğaldan azad edilmiş ərazilərə inteqrasiyasının təmin edilməsi çərçivəsində bu günədək işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 36 yaşayış məntəqəsi (7 şəhər (Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl, Kəlbəcər, Ağdam), 3 qəsəbə (Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbəsi və Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi) və 26 kənd) üzrə 6597 ailə olmaqla 26 351 nəfərin köçü təmin edilmişdir. Görülən işlərin nəticəsi olaraq hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışanlar, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 70 mindən çox insan yaşayır və fəaliyyət göstərirlər.
Bu günədək işğaldan azad edilmiş ərazilərdə 249,872.6 ha ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmişdir.
İşğaldan azad edilmiş ərazilərdə ümumi dəyəri 454 milyon manat olan layihələr çərçivəsində indiyədək 185 milyon manat həcmində investisiya yatırılıb və sənaye parklarında fəaliyyət göstərən rezidentlər isə 900 milyon manatdan artıq məhsul istehsal etmişlər və nəticədə, 2020-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərdə 5000-ə qədər yeni iş yerləri yaradılmışdır.
2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub və Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə-dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır.Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) məhz 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı isə Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir.
Bununla belə2026-ci ilin sonunadək işğaldan azad edilmiş ərazilərdə Dövlət Proqramı çərçivəsində 91 yaşayış məntəqəsi (11 şəhər, 3 qəsəbə, 77 kənd) üzrə 23 275 ailə olmaqla 95 900 nəfərin köçürülməsi üçün 41,9 milyon manat vəsait proqnozlaşdırılır. Məlumata görə, proqram çərçivəsində bu ərazilərdə fəaliyyət göstərən, neft-qaz sahələrində fəaliyyəti olmayan qeyri-dövlət sektorunda çalışan sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması üçün 5 milyon manat da nəzərdə tutulub. Bundan əlavə, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə aylıq ödənişlərin 20 faizi həcmində maliyyə yardımının verilməsi üçün 2 milyon manat vəsaitin ayrılması da planlaşdırılır.
Beləliklə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, son illərdə əldə olunmuş sosial-iqtisadi nailiyyətlərin davamlı inkişafının təmin edilməsi, birbaşa xarici investisiyaların cəlbinin genişləndirilməsi, əlverişli biznes mühitinin daha da gücləndirilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun artırılması, eləcə də işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncam təsdiq olunmuşdur".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 13 Yanvar 2026 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















