“Bakı Metropoliteni”nin yeni xidməti istifadəyə verilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 4 noyabr, AZƏRTAC
“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC xidmət keyfiyyətinin artırılması məqsədilə daha bir yenilik edib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, sərnişin məmnuniyyətinin yüksəldiməsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi, Bakı metropolitenində 964 - Əlaqə mərkəzi fəaliyyətə başlayıb.
Texnoloji yeniliklərin rəqəmsal tətbiqi ilə yeni tərkib və formada xidmət göstərəcək Əlaqə mərkəzinin operatorları həftənin 7 günü, saat 07:00-dan 23:00-a qədər zəngləri cavablandıracaq. Mərkəzdə vətəndaşlardan daxil olan bütün sorğu, təklif və şikayətlər qeydə alınacaq və müvafiq qaydada yönləndirilməsi həyata keçiriləcək.
Əməkdaşlar operativ qaydada fəaliyyət göstərərək 15 saat fasiləsiz xidmət başında olacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 04 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















