Bakı Qazax yolunda İNTİM ŞANTAJ: sürücü ovuna çıxan qadın TUTULDU
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı-Qazax yolunda sürücüləri şantaj edən qadına hökm oxunub.
Lent.az-ın məlumatına görə, Sahibə Məmmədova (ad və soyad şərtidir) Bakı-Qazax yolunun, Qaradağ rayonu Ələt və Sahil, eləcə də Hacıqabulun Navahi qəsəbəsində dayanaraq, yoldan keçən avtomobillərə əl eləyib. Saxlayan 3 avtomobilin sürücüsü onu getmək istədiyi Hacıqabul və Bakının Qaradağ rayonundakı ünvanlara təmənnasız aparmağa razı olublar. Sahibə Məmmədova avtomobillərin ön sərnişin oturacağında əyləşib.
İttiham aktına görə, bir müddət sürücülərlə müxtəlif mövzularda söhbət etdikdən sonra qadın intim münasibət təklif edib. Sürücülər razı olmayanda isə əsəbiləşib və onları hədələyib. Belə ki, Sahibə Məmmədova həmin sürücüləri guya onu zorladığı üçün polisə şikayət edəcəyini və barələrində rüsvayedici məlumatları yayacağını deməklə pul istəyib. Bununla da, zərərçəkənlərin 1485 manat pul və 2150 manatlıq qızıl-zinət əşyalarını ələ keçirib.
Zərərçəkənlərin şikayəti əsasında Sahibə Məmmədova saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs qeyd olunan şantaj əməllərini nəvələri xəstə olduğu üçün törətdiyini deyib. O, vurduğu ziyanı zərərçəkənlərə ödədiyini və əməlindən peşman olduğunu bildirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə S. Məmmədova barəsində 2 il 10 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















