Icma.az
close
up
RU
Bakı sanki yiyəsiz qalmışdı Akif Əlindən SENSASİON YAZI KONKRET

Bakı sanki yiyəsiz qalmışdı Akif Əlindən SENSASİON YAZI KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nazirlər Kabinetinin sabiq mətbuat katibi, 2-ci dərəcə Dövlət müşaviri, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif  ƏLİ fikirlərini bölüşdüyü məqaləsini göndərib. 

Yazıçı günümüzün ən böyük problemlərini bu yazıda gündəmə gətirib və həmin problemlərə işıq tutub.

KONKRET.az eksklüziv olaraq həmin yazını oxuculara təqdim edir:

Kim kimi cərimə etməlidir?!

Bu cümə Bakıda nəqliyyat ilinin ən dəhşətli bir günü yaşandı.

Hələ belə əzabverici tıxac görünməmişdi.

Taksidə, xidməti, ya şəxsi avtomobilində məsələn, “Gənclik”dən “Azneft”ə 4 dəqiqəlik bir iş dalınca gedib-qayıdanlar ən azı 4 saat küçələrdə süründülər. 2 saat üzü aşağı, 2 saat üzü yuxarı. Və işlərini də görə bilmədilər.

Bakı şəhəri sanki yiyəsiz qalmışdı. İntellektual idarəetmə intellektsiz idarəetməyə dönmüşdü. Yüzlərlə, minlərlə, on minlərlə maşın küçələrdə bir-birinə qısıla-qısıla addım-addım… getmirdi, sürünürdü. At izi it izinə qarışmışdı: o sıxlıqda nə küçə görünürdü, nə küçənin asfaltı, nə asfaltın üstündəki yol nişanı… Amma və lakin…

Burada icazənizlə bir haşiyə çıxım, ammasını sonra deyim.

…Tələbə vaxtı oxuduğum V.Ovçinnikovun “Sakura budağı” kitabında belə bir ştrix vardı. Yaponiyada olanda bir gün səhər tezdən müəllifin qaldığı otel otağının qapısı döyülür. Yapon qulluqçu təzim edərək ona bir bağlama uzadır. O, bağlamanı açıb içində kiçik suvenir hədiyyə və bir kağız görür. Kağızda şəhər bələdiyyəsi yazırdı ki, gündüz saat 12-dən 12:30-dək Sizin qaldığınız otağın pəncərəsinin önündən keçən küçədə kanalizasiya xəttində təmir işləri aparılacaqdır. O zaman motor səsinin yaradacağı narahatlığa görə Sizdən üzr istəyirik…

İndi qayıdaq Bakıya.

Cümə günü idarə olunmayan Bakı küçələrində 4 saat avtomobildə sürünən, vaxtını, əsəblərini, benzin ehtiyatını və görəcəyi işləri itirən adamlardan nəinki üzr istənildi, əksinə, adamları borclu çıxartdılar. Həmin axşam sürücülərin telefonuna mesajlar göndərdilər ki, bəs gündüz filan küçədən keçəndə yerdəki xətti tapdalamısınız. Ona görə də barənizdə inzibati xəta haqqında protokol tərtib edilib (“Yol nişanlarının tələblərinə riayət edilməməsi”). 40 manat cərimə ödəməlisiniz!

Bax belə!

Bütün günü küçələrdə yüzlərlə, minlərlə, on minlərlə maşın bir-birinin böyrünə sıxıla-sıxıla ehtiyatla sürünüb. Aşağı da baxanda dəmir görünüb, yuxarı da baxanda dəmir görünüb. Nə asfaltın üstü görünüb, nə də asfaltın üstündə çəkilən yol nişanı. Ümumiyyətlə, küçələrdə sanki həyat dayanmışdı. Əsil infarkt mühiti vardı. Yollarda kilometrlər boyunca ancaq tıxac idi, nəqliyyat tənzimlənmirdi, aləm bir-birinə qarışmışdı. Adamlar mənzil başına gedib çata bilmirdi, görmək istədikləri işi vaxt itgisi səbəbindən görə bilmirdi.

Saatda 0,5 km sürətlə qarış-qarış gedən avtomobil yerdəki xətti basdalasa nə olacaqdı, basdalamasa nə olacaqdı? Burda cəzaya layiq qəza şəraiti yaratmaq mümkün deyildi. Əslində qəza şəraiti o xəttin üstündə yox, əsas vəzifəsi şəhəri, küçələri, yolları, nəqliyyat axınını idarə edib nizamlamalı olan əlaqədar qurumların kabinetlərində baş verirdi.

Tıxaclarda saatlarla vaxtını itirən adamların hər dəqiqəsi qızıl deyilmi?! İnsan ömründən gedən bu dəqiqələri, saatları, günləri, itirilən əsəb sistemini, sağlamlığı hansı vəsaitlə kompensasiya etmək mümkün olacaqdır?!

Qoy özləri desin: o gün kim kimi cərimə etməli idi?!

Problem heç də 40 manatda deyil. O tıxacda onsuz da hər maşın az qala 50 manatlıq benzin yandırdı. Problem paytaxtda o situasiyanı yaradanlarda, o situasiyanı idarə edə bilməyənlərdə və o situasiyanı nəzərə almadan göydəki avtomatik foto çəkilişini götürüb analiz etmədən, heç nəyi nəzərə almadan zavallı sürücülərə haqsız, ədalətsiz cərimələr yazanlardadır!
Şəkili çəkən robotdur, bəs onu yazıb göndərənlər?!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 09 Mart 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri