Icma.az
close
up
RU
Bakıda dəhşət: "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş

Bakıda dəhşət: "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycanda xəstəxana laboratoriyalarının nəticələri arasında fərq və uyğunsuzluq problemi hələ də aktual olaraq qalır. Ciddi xəstəliklərdə sadə analiz səhvi onlarla insanın həyatı üçün ciddi təhlükə yaradır.

Bakupost.az xəbər verir ki, özəl klinikaların birinə kəskin appendisit diaqnozu ilə qəbul edilən xəstə elə həmin gün “Yaşam” klinikasında verdiyi analizin nəticəsi əsas götürülərək, əməliyyata hazırlanıb. Lakin hər ehtimala qarşı, əməliyyatdan öncə xəstədən yenidən analiz götürülüb. Analiz nəticəsində pasiyentdə Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) xəstəliyinin olması ilə bağlı şübhə yaranıb. Qadının yanvarın 13-də “Yaşam” klinikasında verdiyi HİV ekspress testlərinin nəticələri isə neqativ imiş.

Bu hadisə həmin xəstənin əməliyyatında texniki işçi kimi iştirak edən Murad Əkbərova sarsıdıcı zərbə vurub. Belə ki, əməliyyat zamanı kameranı götürərkən ehtiyatsız davranan Murad Əkbərovun əlinə iynə batıb və qanayıb. Laboratoriyadan QİÇS-lə bağlı şübhli cavab gəldikdən sonra klinika rəhbərliyi işçinin, eləcə də pasiyentin qan nümunəsini Respublika QİÇS-lə Mübarizə Mərkəzinə göndərib.

Yanvarın 14-də Mərkəzdən verilən cavabda pasiyentin potensial QİÇS daşıyıcısı olduğu təsdiqlənib. Bu nəticədən sarsıntı keçirən Murad Əkbərov da postkontaktda olduğu üçün qeydiyyata alınıb. Onun analizi təmiz çıxsa da, profilaktik məqsədlə Mərkəzdən ona dərmanlar verilib ki, qəbul etsin.

Həyatının ən ağır günlərini yaşayan 27 yaşlı Murad bundan sonra başına gələnləri danışıb:

““Yaşam” klinikasının laboratoriya həkimi Gülnar Mustafayevanın səhlənkarlığı səbəbindən başıma gəlməyən qalmadı. Onun imzaladığı neqativ arayış ilə gələn pasiyenti təcili əməliyyata aldıq. Hətta xəstə bizdən öncə başqa klinikaya gedib, orda da prosedurdan keçib, amma analiz verməkdən yayınıb. Hara gedibsə, “Yaşam”ın analizini göstərib. Maraqlısı odur ki, xəstə özü həkim-ginekoloqdur. Burdan belə nəticəyə gəlmək olar ki, o, xəstə olduğunu bilirmiş, xəstəxananı razı salmaq üçün əlində hazır analiz cavabı ilə gəlib. Təbii ki, mən də xəstə ilə postkontaktda olduğum üçün QİÇS Mərkəzində qeydiyyata alındım.

1 ay ərzində keçirdiyim qorxu, depressiya, ağır dərmanlar məni intihar həddinə çatdırmışdı. Xəstəyə bu barədə məlumat verdik, onu QİÇS Mərkəzinə dəvət etdilər, qeydiyyata salmaq istədilər, amma o boyun qaçırdı.

Məsələ ilə bağlı Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə rəsmi müraciət etmişəm. Biz xəstəyə sübut edə bilmirik ki, xəstəliyini əvvəlcədən bilib, sadəcə yayınıb. Hətta belə bir şübhə var ki, bəlkə “Yaşam"da da analiz verməyib, saxta sənəd alıb. Özü ginekoloq olan bu şəxs potensial yoluxdurucudur, stomatoloqa, kosmetoloqa, ginekoloqa gedir. O, onlarla insanı yoluxdura bilər. “Yaşam”ın səhlənkarlığını da hələ ki, sübut edə bilmirik. Qanunda var ki, xəstənin adı anonim qalmalıdır, amma əlimdə bütün sənədlər var.

Qanuna görə, xəstədə QİÇS, hepatit və s. varsa, o zaman əməliyyatxana, alətlər başqa cür sterilizə olunur, xəstədən əlavə ödəniş alınır. Əvvəldən bilsəydik, başqa qoruyucu vasitələr, əlcəklər geyinərdik. Mən özüm Vətən müharibəsində tibb işçisi kimi şəhid, yaralı daşımışam. Amma həyatımda bu qədər qorxmamışdım. 27 yaşım var, subayam, Bütün həyatım məhv olardı. Kim istəyər ki, QİÇS-ə yoluxsun. Şükür ki, ikinci analizim də təmiz çıxdı, amma o xəstə hələ də gəzir, klinikalara gedir. Belə səhlənkarlıq olarmı? Bununla bağlı ciddi tədbir görülməsini tələb edirəm”.

Məsələ ilə bağlı “Yaşam” klinikası ilə əlaqə saxladıq. Klinikanın laboratoriya rəhbəri Aişə Qocayeva Bakupost.az -a bildirdi ki, onlarda saxta analiz cavabının, yalan rəyin verilməsi mümkün deyil. Pasiyent həqiqətən gəlib analiz verib, sadəcə, kart testlərdə həssaslıq 50%-dir.

“Ola bilər xəstə bir-iki dəfə bizdə verib, neqativ olduğunu görüb və hər dəfə bura müraciət edib. Biz xəstəyə analizdən imtina edə bilmərik, laboratoriyamız, müayinələrimiz dəqiqdir, cihazlarımız müasirdir. Xəstəni görmədən, qan almadan rəy verməyimiz mümkün deyil. Onun analiz verdiyi tarix və saatla kimliyini tapmaq da asandır. Bizdə məlumat da, qan nümunəsi də var.

Ekspress testdə 10 dəqiqə gözləyirik, əgər yoxdursa, şübhə neqativ veririk. 15 dəqiqədən sonra nazik xətt kimi görünərsə, şübhəli yazırıq. Şübhəliyə neqativ yazmırıq. Tək bu xəstədən analiz götürmürük, o qədər pozitiv çıxanlar olub ki, heç vaxt neqativ yazmırıq. Xəstənin verdiyi qan bizdədir, xəstənin özü və ya nümayəndəsi gəlsin, yenidən yoxlayaq, görəcəklər ki, neqativ çıxacaq. Bəzən ekspress testdə bir xətt çıxır, biz şübhəli yazırıq, xəstə gedib ayrı yerdə verir, təmiz çıxır, onda da bizimlə mübahisə edir ki, səhv yazmısız. Biz gördüyümüzü dəqiq yazırıq.

Bizim kart testlər də ucuz deyil, bahalıdır. Şübhəli çıxarsa, mütləq əkilməyə, QİÇS mərkəzinə göndəririk. Klinikamızda əməliyyatxana, stasionar yoxdur. Pasiyentlər bizdə profilaktik məqsədlə yoxlanılır. Amma hər bir insan öz sağlamlığı, analiz məsələsində vicdanlı olmalı, nəticələrə uyğun davranmalı, şübhəli olarsa QİÇS Mərkəzinə getməlidir”, - deyə o bildirib.

Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Fevral 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri