Bakıda ev və obyektlər niyə sürətlə bahalaşır?
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Bakıda daşınmaz əmlak bazarında qiymət artımı davam edir.
Xüsusilə fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərində son bir ildə nəzərəçarpacaq bahalaşma qeydə alınıb. Belə ki, bu ilin sentyabrında paytaxtda qeyri-yaşayış obyektlərinin orta illik qiyməti ötən ilin eyni ayı ilə müqayisədə 13 faiz artıb. Fərdi yaşayış evlərində isə illik qiymət artımı 13,5 faiz təşkil edib.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) yaydığı məlumatlara görə, daşınmaz əmlak bazarında həm yaşayış, həm də kommersiya təyinatlı obyektlər üzrə qiymətlərin ikirəqəmli həddə yüksəlməsi diqqət çəkir. Xüsusilə fərdi yaşayış evlərinin qiymətində qeydə alınan 13,5 faizlik artım paytaxtda mənzil bazarı ilə yanaşı, fərdi evlərə olan tələbin də qiymətlərə təsir etdiyini göstərir.
Bakıda fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin qiymətlərində artımın əsas səbəbləri nələrdir və bu tendensiyanın yaxın aylarda davam etməsi gözlənilirmi?
Əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, 2021-ci ildən başlayaraq ölkədə daşınmaz əmlakın kəskin bahalaşması müşahidə olunur:
“2021-ci illə bu ilin müqayisəsində ən çox qiymət artımı Bakı şəhərində müşahidə olunur. Mənzil fondunda təxminən 80 faizə qədər qiymət artımı fərqi var. Kommersiya əmlaklarında bu, bir qədər fərqlidir. Çünki burada tələbat və istifadə istiqamətləri fərqlidir. Məsələn, ən yüksək tələbat Bakı şəhərinin mərkəzində, əsas küçələrdə yerləşən kommersiya obyektlərinədir.
Burada qiymətlərdə ən azı 14-15 faiz artım olduğunu qeyd etmək olar. İkinci dərəcəli ərazilərdə, yəni nisbətən şəhər ərazisindən kənarda yerləşən ikinci dərəcəli küçələrdə isə orta hesabla 12-15 faiz arasında qiymət artımı var. Şəhər kənarında yerləşən qəsəbələrdə kommersiya obyektlərinin qiymət artımı təxminən 10 faiz civarındadır. Digər qeyri-ticarət obyektlərində isə qiymət artımı bir o qədər çox olmayıb. Mən deyərdim ki, Bakı şəhərində 10 faizdən yuxarı olmayıb”.
Regionlarda isə kommersiya obyektlərində yerləşdiyi ərazidən asılı olaraq qiymət artımı var:
“Ən çox aktiv turizm inkişaf edən ərazilərdə təxminən 10 faiz artım müşahidə olunur. Digər yerlərdə isə qiymət artımı 10 faizdən aşağıdır. Kommersiya fəaliyyətinə təsir edən bir çox digər amillər də var. Məsələn, bankların orta depozit faizləri. Depozit faizləri ölkədə orta hesabla 10 faiz civarındadır.
Bunu nəzərə alsaq, kommersiya obyektlərinin daha yüksək qiymətə olması, dövriyyə etməsi və tələbatı, hesab edirəm ki, normaldır. Amma bir ekspert olaraq deyə bilərəm ki, ümumi Azərbaycan Respublikasının iqtisadiyyatı fonunda daşınmaz əmlakın kəskin bahalaşması son illərdə heç də yaxşı göstərici deyil.
Ona görə ki, əsasən ticarət, istehsalat və sənaye sektoruna olan böyük investisiyalar iqtisadiyyatın ümumi aktivləşməsinə mənfi təsir edir”.
Ekspert qeyd edib ki, bu sektorda böyük investisiyaların cəmləşməsi digər sektorların inkişafına da ciddi təsir göstərir.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: evlər Elnur Azadov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 07 Oktyabr 2026 20:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















