Bakıda məşhur gecə klubunun rəhbəri və mühafizəçiləri həbs olundu
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Səbail rayonu ərazisində yerləşən gecə klubunda turistlərə zor tətbiq etməklə soyğunçuluq edən şəxslər həbs olunub.
Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə "Enjoy Club"da baş verib.
Məlumata görə, Böyük Britaniya və Şimali İrlandiyadan olan turistlər əylənmək üçün sözügedən kluba yollanıblar. Onlar iki ədəd “Coca-Cola" və iki qədəh spirtli içki sifariş veriblər.
Bu zaman klubda rəqqasə kimi fəaliyyət göstərən qadınlar həmin turistlərə yaxınlaşıb. Klubun işçiləri olan qadınlar içkilər və pirotexniki maddələr (fişəng) sifariş verilməsini təşkil etməklə turistlərə aidiyyəti olmadığı halda həmin sifarişləri müştərilərin hesabına daxil etdiriblər.
Klub işçilərinin özbaşına sifarişi nəticəsində turistlərə əlavə 500 manat, ümumlikdə 800 AZAN hesab gəlib.
Turistlərin narazılığından sonra müştərilər "Enjoy Club"un müdiri və mühafizəçiləri tərəfindən obyektin ikinci mərtəbəsindəki qəlyan hazırlanması üçün nəzərədə tutulmuş otağa aparılıb. Onlar burada müştərilərə zor tətbiq edərək zərərçəkmişlərdən 500 manat pulu alıb açıq talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında soyğunçuluq ediblər.
Polisin araşdırması nəticəsində "Enjoy Club"un müdiri Emil Həsənov və mühafizəçilər Rasət Camalovla Vüsal Əliyev cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə Emil Həsənov 3 il 6 ay, mühafizəçilərin hər biri isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:293
Bu xəbər 13 Mart 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















