Bakıda obyektin qarşısındakı özəl parkinq müzakirə yaratdı Foto
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Xətai rayonu Mehdi Mehdizadə küçəsində yolun kənarında yaradılmış parkinq yeri müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə ərazinin fotosunu paylaşan ictimai fəal Haldun Novruzzadə orada 3 maşınlıq pulsuz yerin ayrıldığını iddia edib.
Onun sözlərinə görə, “Court Cinema” klubun qarşısında daha əvvəl “Azparking” tərəfindən parklanma yeri təşkil edilib. Lakin sonradan ərazidə 3 maşınlıq pulsuz yer hazırlanıb və orada bir nəfər üçün maşınlarını ödənişsiz saxlaması üçün şərait yaradılıb. H. Novruzzadə həmin yerin qanuni parklanma yerləri kimi xətləndiyini və bu yolla digər parkinqlərlə oxşarlıq yaradıldığını da vurğulayıb.
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, yolun həmin hissəsi özəl mülkiyyətdir: “Qeyd edilən yer şəxsi mülkiyyətdə olduğu üçün ərazidə ödənişli parklanma məntəqəsi təşkil edilməyib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:22
Bu xəbər 20 Dekabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















