Icma.az
close
up
RU
Menu

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Naxçıvanın enerji sistemi yenidən qurulur

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO AZƏRTAC

Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB VİDEO AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, konfransın mövzusu olduqca aktualdır. O qeyd edib ki, ölkələrimizin siyasi həyatında parlamentlərin oynadığı rol danılmazdır. Belə ki, onlar qanunvericilik hakimiyyəti funksiyasını yerinə yetirməklə, dövlətin idarə olunmasında fəal iştirak edirlər.

Parlamentin sədri bu konfrans çərçivəsində aparılacaq müzakirələrin faydalı olacağına inamını ifadə edib. Azərbaycanda mövcud olan parlamentarizm ənənələrindən danışan Sahibə Qafarova 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin fəaliyyətini xüsusi qeyd edib. Bildirib ki, Azərbaycan parlamentinin ilk iclası 106 il əvvəl məhz dekabrın 7-də keçirilib.

Qeyd edilib ki, müsəlman Şərqində o dövrün ən mütərəqqi, demokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunverici orqan olan Azərbaycan Parlamenti öz fəaliyyəti dövründə milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi, iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazasının yaradılması istiqamətində mühüm addımlar atmışdı. Həmin parlament cəmi on yeddi ay fəaliyyət göstərsə də, həmin dövr ərzində 145 iclas keçirib, 270-dən çox qanun layihəsini müzakirəyə çıxarıb, 230-a yaxın qanun qəbul edib.

Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsinin parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldığını deyən S.Qafarova Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışının ölkəmizdə sabitliyin qorunub saxlanması və inkişaf etdirilməsi, eyni zamanda, yeni parlament institutunun formalaşdırılması baxımından həyati əhəmiyyət daşıdığını bildirib. Diqqətə çatdırılıb ki, bu gün Milli Məclis Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar və qələbələr qazandıran milli inkişaf strategiyasının həyata keçirilməsi prosesinə öz qanunvericilik fəaliyyəti ilə töhfə verir.

S.Qafarova, həmçinin ölkəmizə qarşı böhtan və dezinformasiya kampaniyaları aparıldığını, təxribatlar həyata keçirildiyini, lakin onların nəticəsiz qaldığını vurğulayıb.

Sonra konfransda Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay çıxış edərək, Azərbaycan parlamentinin 106-cı ildönümü münasibətilə təbriklərini və xoş arzularını çatdırıb. O, Azərbaycan parlamentinin öz fəaliyyətini demokratik prinsiplər əsasında qurduğunu qeyd edib. Eyni dilə, dinə, mədəniyyətə mənsub Türkiyə ilə Azərbaycan arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin olduğunu, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın dinamik inkişaf etdiyini bildirib. Türkiyənin hər zaman, o cümlədən 44 günlük Vətən müharibəsində Azərbaycanı dəstəklədiyini, ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə dair imzalanmış Şuşa Bəyannaməsinin vacibliyini vurğulayıb. Fuat Oktay dövlətlərimiz, parlamentlərimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daim mövcud olacağına əminliyini söyləyib.

TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışında Azərbaycan parlamentinin tarixi günü ilə bağlı xoş arzularını söyləyib, müsəlman Şərqinin ilk demokratik respublikasının parlamentinin mühüm işlər gördüyünü deyib. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək, ölkəmizin Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini məmnunluqla vurğulayıb. Şamil Ayrım Azərbaycanın regionda və dünyada rolunun artdığını vurğulayaraq, ölkəmizin bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, o cümlədən bu yaxınlarda yüksək səviyyədə təşkil olunmuş COP29 Konfransının qlobal iqlim dəyişikliyi ilə mübarizəyə mühüm töhfələr verdiyini qeyd edib.

TBMM-in Azərbaycanla dostluq qrupunun rəhbəri Qərbi Azərbaycana qayıdış məsələsinə toxunaraq bildirib ki, vaxtilə öz yurdlarından didərgin düşmüş azərbaycanlılar beynəlxalq hüquq normalarına uyğun olaraq öz evlərinə qayıtmalıdırlar.

Parlamentlərimiz arasında münasibətlərin gücləndiyini deyən Şamil Ayrım Azərbaycan parlamentarizminin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu vurğulayıb. O, parlament dostluq qrupları çərçivəsində əlaqələrin təqdirəlayiq olduğunu deyib, parlament komitələri arasında qanunvericilik sahəsində təcrübə mübadiləsi baxımından əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən bəzi deputatlar müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin Azərbaycanda elan edilməsi ilə həm də ölkə tarixində parlamentarizmin əsasının qoyulduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara səsvermə hüququ verilib. Bu baxımdan Azərbaycan parlamentinin öz yeri, rolu və ənənələri var.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin Milli Məclisə rəhbərliyi dövründə onun ölkəmizdə parlamentarizm ənənələrinin formalaşmasında və parlament mədəniyyətinin təkmilləşdirilməsində misilsiz xidmətləri olub. Azərbaycanın dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunub saxlanılması, onun dayanıqlı inkişafının təmin edilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi sahəsində qanunların hazırlanıb və qəbul edilməsi də məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Deputatlar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyatın bütün sahələrində təqdirəlayiq uğurların əldə edildiyini, sabitliyə, tərəqqiyə nail olunduğunu, ölkəmizin beynəlxalq miqyasda söz sahibi olduğunu vurğulayıblar.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan parlamenti ümummilli məqsədlərin həyata keçirilməsində dövlət başçısını dəstəkləmək üçün bütün imkanlarını səfərbər edib.

Beynəlxalq konfransda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov, Qazaxıstan parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali, Özbəkistan Ali Məclisi Senatının Gənclər, mədəniyyət və idman komitəsinin sədri Orzigül Kozixonova, Tacikistan Ali Məclisi Milli Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti komitəsinin sədri Məhmədşoh Gülzoda, TBMM-in Cümhuriyyət Xalq Partiyası Qrupunun sədr müavini Murat Emir, İraq Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi, Belarus Milli Assambleyası Respublika Şurasının Qanunvericilik və dövlət quruculuğu məsələləri üzrə daimi komitəsinin sədr müavini Aleksey Vasilyev, Gürcüstan parlamentinin İnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədr müavini Savalan Mirzəyev, TBMM-in Milliyyətçi Hərəkat Partiyası Qrupunun sədr müavini Filiz Kılıç, Malayziya Nümayəndələr Palatasının Beynəlxalq əlaqələr və ticarət komitəsinin sədri Vonq Çen, TBMM-in Ədliyyə komissiyasının sədri Cüneyt Yüksel, Qırğızıstan Joqorku Keneşinin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Səidbek Zulpuyev, TBMM-in Rəqəmsal Media Komissiyasının sözçüsü Zeynep Yıldız, TBMM-in üzvü Süreyya Öneş Derici, Pakistan Milli Assambleyasının üzvü Sərdar Əmmar Əhməd Xan Leqhari, TBMM-in üzvü Kürşad Zorlu, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er çıxış edərək fikirlərini bölüşüblər.

Qonaqlar Azərbaycan parlamentinin fəaliyyətini, parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəni yüksək dəyərləndiriblər.

Xarici ölkələrin parlamentariləri ölkəmizin qurduğu dostluq əlaqələrindən, Azərbaycanda hökm sürən tolerantlıqdan, demokratik inkişafdan məmnunluqlarını ifadə ediblər. Ölkəmizin beynəlxalq məsələlərlə bağlı uğurlu siyasət yürütdüyünü söyləyiblər. Onlar təmsil etdikləri ölkələrin Azərbaycanla hərtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyiblər. Bildirilib ki, Azərbaycan beynəlxalq səviyyədə təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verir. Ölkəmiz tərəfindən mədəniyyətlərarası, dinlərarası dialoqun təbliği sahəsində mühüm addımlar atılıb. Qeyd edilib ki, bu gün Azərbaycanda multikulturalizm ənənələri formalaşıb. Bakıda keçirilən bir çox mühüm əhəmiyyətli beynəlxalq tədbirlər beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Dekabr 2024 00:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see137

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see129

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see120

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see115

Liderlər Şuşanın Daşaltı kəndində GÖRÜNTÜLƏR

17 İyul 2025 12:12see115

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see113

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see113

“Qarabağ” “Barselona”nın sabiq hücumçusu ilə danışıqlar aparır EKSKLÜZİV

17 İyul 2025 10:04see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see113

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see110

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri