Icma.az
close
up
RU
Bakıda “qul bazarı”nda başlayan söz davası məhkəməlik oldu

Bakıda “qul bazarı”nda başlayan söz davası məhkəməlik oldu

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda “qul bazarı”nda fəhləlik edən şəxslərin arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin mayın 2-də rayonun Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yerləşən supermarketinin arxa hissəsində baş verib. 
Şamaxı rayon sakini, 1977-ci il təvəllüdlü Elçin Vəliyev həmin gün saat 11 radələrində supermarketinin arxa hissəsində boş sahədə tanışı Bahəddin Əliyevlə (ad-soyad şərtidir – red.) mübahisə edib. 
Şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxsin üz nahiyyəsindən qəsdən bir dəfə yumruqla zərbə vurub. Ona sol göz nahiyyəsindən  xəsarət yetirib. 
Hadisəni törədən E. Vəliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O bildirib ki, uzun müddətdir fəhləlik ilə məşğul olur: 
“Gün ərzində Zabrat dairəsində “qul bazarı” adlanan yerdə duraraq fəhləlik edirəm. Mayın 2-də, saat təxminən 10 radələrində həmin bazarda olan zaman iş yoldaşım Bahəddinə yaxınlaşaraq 1 ədəd siqaret istədim. 
O, isə öz növbəsində mənə siqaret uzatdı. Siqareti damağıma qoyaraq yandıran zaman Bahəddin məndən nə üçün özümə məxsus iş çantamın yerini dəyişdiyimi soruşdu və mənə qarşı nalayiq ifadə işlətdi. Biz mübahisə edə-edə birlikdə  supermarketinin arxa hissəsinə keçdik. Aramızda baş vermiş mübahisə zamanı Bahəddinin üz nahiyəsindən bir dəfə yumruqla zərbə endirdim. Daha sonra hər ikimiz i oradan uzaqlaşdıq. Əməlimdən peşmanam”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə E. Vəliyevə 240 saat ictimai işlər cəzası təyin edilib.
Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılıb. Onun üzərinə cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxsin həmin işləri yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablanması, cəzanı müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi yerdə çəkməsi qərara alınıb. 
Qeyd edək ki, E. Vəliyev bundan əvvəl də Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə mühakimə olunub. Həmin dövrdə zərərçəkmişlə barışdığı üçün barəsində Abşeron Rayon Məhkəməsinin 2023-cü il 2 iyun tarixli qərarı ilə cinayət təqibinə xitam verilib. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri