Bakıdakı məşhur plaza BAĞLANIR AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Bakıdakı "Ask plaza" fəaliyyətini dayandırır. Modern.az-ın məlumatına görə, buna səbəb plazanı idarə edən şirkətin ləğv edilməsidir.
Belə ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilib. ASC-nin tərkibində fəaliyyət göstərən 3 müəssisə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib, digər müəssisələr ləğv edilib.
"Ask plaza"nı idarə edən “ASK Xidmət” MMC də ləğv edilən müəssisələr arasındadır. Qeyd edək ki, MMC “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi, “ASK Plaza” İşgüzar Əlaqələr Mərkəzi 2-ci korpus, “AMAY” Ticarət Mərkəzi və digər əmlaklarda mülkiyyətçinin adından çıxış edərək obyektlərdə yerləşən qeyri-yaşayış sahələrini icarəyə vermək, texniki vəziyyəti nəzarətdə saxlamaq, yanğın təhlükəsizliyi və qüvvədə olan digər təhlükəsizlik normalarının müvafiq şəkildə saxlanılmasını təmin edirdi.
Nazirlər Kabinetinə MMC-ni ləğv etmək tapşırılıb. Müəssisənin ləğv edilməsindən sonra "Ask plaza"nın da fəaliyyətini dayandıracağı gözlənilir.
Baxış sayı:133
Bu xəbər 28 Dekabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















