“Putinin “böyük dövlət layihəsi“ bir dövrün sonu ilə üz üzə qalıb“ “Politico“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ukraynada uzanan müharibə, artan itkilər və dağılmaqda olan beynəlxalq dayaqlar Kreml üçün strateji çıxılmazlığı dərinləşdirir..."
Rusiya prezidenti Vladimir Putin təkcə Ukraynada deyil, qlobal miqyasda da öz ambisiyalarının çökməsi ilə üz-üzədir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Analitiklərin qənaətinə görə, Putinin "bunu yenidən etmək", yəni ordunu Qərbə doğru aparmaq və sovet dövrünü xatırladan qələbə qazanmaq vədi hələlik yalnız qismən reallaşıb. Müharibə artıq 1418 gündür davam edir və bu müddət İkinci Dünya müharibəsi zamanı Moskvanın nasistlərə qarşı müdafiəsinin davametmə müddətini də ötüb.
Rusiya Ukrayna ərazisinin yalnız bir hissəsini ələ keçirə bilib, rus tərəfinin itkilərinin 1,1 milyon nəfərə çatdığı bildirilir. Bu fonda Ukraynanın cavab zərbələri Rusiyanın Belqorod vilayətində təxminən 600 min insanı işıqsız qoyub.
Dağılan müttəfiqlər və zəifləyən təsir dairəsi
Putinin təxminən iyirmi il ərzində qurmağa çalışdığı beynəlxalq müttəfiqlər şəbəkəsi getdikcə dağılır. Kreml 2024-cü ildə Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra Yaxın Şərqdə ciddi mövqelərini itirib. Cənubi Amerikada isə ABŞ-ın Venesuelada keçirdiyi əməliyyat Moskva üçün növbəti zərbə kimi qiymətləndirilir.
Nəşr yazır ki, Ukraynada ilişib qalan Moskva eyni zamanda ABŞ prezidenti Donald Trampın gözlənilməz dərəcədə sərt siyasəti ilə sınağa çəkilən qlobal tərəfdaşlar şəbəkəsini də qoruyub saxlaya bilmir. Rusiyapərəst hərbi bloger Maksim Kalaşnikov vəziyyəti belə ümumiləşdirib: "Bütöv bir dövr sona çatır".
Putinin nə Venesuela, nə də İranla bağlı baş verənlərə şəxsən münasibət bildirməməsi də diqqət çəkir. Analitiklər bunu Kremlin ənənəvi davranışı - xoşagəlməz xəbərləri tabeliyində olanlara "danışdırmaq" cəhdi kimi dəyərləndirirlər.
Zəiflik fonunda güc nümayişi
Məğlubiyyətlərə baxmayaraq, Kreml güc nümayişindən imtina etmir. Son günlər Ukraynaya qarşı hipersəsli "Oreşnik" raketinin tətbiqi də bu xəttin tərkib hissəsi kimi təqdim olunur.
Keçmiş diplomat Boris Bondarevin sözlərinə görə, hətta zəiflədiyi anlarda belə Rusiya özünü güclü göstərməyə çalışacaq: "Rusiya zəif olsa belə, Kreml mütləq güclü olduğunu nümayiş etdirmək istəyəcək".
"Politico" vurğulayır ki, Moskvanın Venesuela və İran kimi ölkələrlə münasibətləri əsl müttəfiqlikdən çox, təbliğat xarakteri daşıyır. Bu ölkələr kritik vəziyyətlərdə Rusiyanı real qoruyucu kimi görmürlər - Suriyada baş verənlər bunun ən bariz nümunəsidir.
Beləliklə, nəşrin qənaətinə görə, Putinin "böyük dövlət" iddiası həm Ukraynada uzanan müharibə, həm də dağılmaqda olan beynəlxalq dayaqlar fonunda tarixinin ən çətin mərhələsinə daxil olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 13 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















