İstanbul nəhəngi “Latsio”nun portuqaliyalı futbolçusu ilə danışıqlar aparır
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İtaliyanın “Latsio” klubunun sol cinah müdafiəçisi Nunu Tavareş qış transfer pəncərəsində klubdan ayrılmağa yaxındır.
İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu baş məşqçi Mauritsio Sarrinin planlarına daxil deyil və yeni komanda axtarışındadır. Əvvəlcə Serxio Konseysao rəhbərliyindəki “Əl-İttihad”la razılıq əldə olunduğu bildirilsə də, son məlumatlara görə bu variant arxa plana keçib.
Hazırda Tavareş üçün əsas ciddi təklifin “Beşiktaş”dan gəldiyi vurğulanır. İstanbul klubu “Latsio” ilə razılaşmaya yaxın olsa da, 10 milyon avro məbləğində məcburi satınalma şərti ilə bağlı tərəflər hələ ortaq mövqeyə gələ bilməyib.
Qeyd olunur ki, Tavareşin gedişi reallaşacağı təqdirdə “Latsio” sol cinahı gücləndirmək üçün “Vilyarreal”dan Alfonso Pedrasanı transfer etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 13 Yanvar 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















