Icma.az
close
up
RU
Bakıdan Moskvaya mesaj Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək!

Bakıdan Moskvaya mesaj Təyyarə qəzasının üzərindən sükutla keçilməyəcək!

Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Politoloq: "Kreml bilərəkdən Azərbaycanla münasibətlərdə gərginlik xəttini seçib"

"Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışından aydın oldu ki, rəsmi Bakı vurulan AZAL təyyarəsinə görə beynəlxalq ədliyyə sisteminə müraciət hazırlayır. Moskva Bakıya başqa seçim qoymadı. Kreml İlham Əliyevin səsləndirdiyi tələblərin heç birini yerinə yetirmədi, qəzadan ötən 7 ayda günahını etiraf etmədi, təyyarəni vuranları cəzalandırmadı, qurbanların və yaralıların ailələrinə təzminat ödəmədi. İlham Əliyev bu olayın üstündən sükutla keçməyəcəyini bir daha bəyan etdi. “7 aydır ki, biz cavab ala bilmirik” deyən dövlət başçısı Rusiya tərəfinin hər dəfə təkrarladığı “təhqiqat davam edir” cavabının məntiqsizliyinə işarə etdi". 

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, Kremlin 7 ay sonra fikrini dəyişəcəyini, yəni, İlham Əliyevin haqlı tələblərini yerinə yetirəcəyi gözlənilmir:  "Rusiyanı idarə edənlərin üzr istəmək ənənəsi yoxdur. Halbuki Kreml vurulan təyyarə ilə bağlı üzərinə düşənləri etsəydi, iki ölkə arasındakı münasibətlər bugünkü gərgin vəziyyətə sürüklənməzdi. İlham Əliyevin “10 il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus "Boeing"lə bağlı təhqiqat başa çatsın” sözləri də Kremlə xatırlatmaydı. Həmin təhqiqat məhz Rusiyanın Malayziya təyyarəsini raketlə vurduğunu faktlarla sübut etdi. Kreml o zaman da üzr istəmək əvəzinə mülki təyyarənin guya Ukraynanın vurduğu haqqında yalan məlumatlar yaydı. Kreml eyni “ssenaridən” Azərbaycana qarşı da istifadə etməyə çalışdı. Guya AZAL təyyarəsi Çeçenistan səmasında Ukrayna dronu ilə toqquşub. AZAL-ın təyyarəsi Malayziya təyyarəsindən fərqli olaraq enə bildi və yalan keçmədi, təyyarədə dron deyil, raket izləri var idi".

"Kreml bilərəkdən Azərbaycanla münasibətlərdə gərginlik xəttini seçib, adını da qoyublar guya “Türkiyə və Böyük Britaniya kəşfiyyatı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır”. Halbuki Vladimir Putinin yumşaq desək, yanlış davranışı azərbaycanlı həmkarıyla 2022-ci ilin fevralında imzaladığı strateji tərəfdaşlıq sazişinin üstündən xətt çəkdi. İlham Əliyev Şuşa forumunda ukraynalı jurnalistin “Ukraynaya nə məsləhət görürsünüz” sualına konkret cavab verdi: “İşğalla barışmayın!”. Dövlət başçısı bir neçə il əvvəl ona verilən oxşar suala eyni cavabı vermişdi. Təyyarə faciəsi yaşanmasaydı belə rəsmi Bakının mövqeyi eyni olacaqdı. Azərbaycan üçün ərazi bütövlüyü həssas məsələdir", politoloq fikrini tamamlayıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri