Bank of Baku dan yüksək göstəricilər: 30 mln. manatdan çox xalis mənfəət
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aparıcı banklarından olan "Bank of Baku" 2025-ci ildə 30 milyon 595 min manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti illik müqayisədə 5 milyon 136 min manat və ya 20,2% artıb.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 1 milyard 152 milyon 476 min manat olub ki, bu da 2024-cü illə müqayisədə 218 milyon 203 min manat və ya 23,4% çoxdur.
Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 910 milyon 696 min manat, depozit portfelinin həcmi isə 740 milyon 256 min manat olub. Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 150 milyon 272 min manat (19,8%) və 147 milyon 742 min manat (24,9%) çoxdur.
Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 48 milyon 980 min manat (38,2%) artaraq 177 milyon 272 min manata, faiz xərclərinin həcmi isə 30 milyon 759 min manat (75%) artaraq 71 milyon 785 min manata yüksəlib.
30 sentyabr 2025-ci il tarixinə bankın məcmu kapitalı 167 milyon 313 min manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















