Bank VTB (Azərbaycan) uşaqlar üçün 6 cı “Yay düşərgəsi” təşkil edib
Icma.az, Milli.az saytına istinadən bildirir.
Bank VTB (Azərbaycan) bazar günü məktəbində təhsil alan uşaqlar üçün ənənəvi "Yay düşərgəsi"ni artıq altıncı dəfə təşkil edib. Bu il düşərgə 2-3 sentyabr tarixlərində Azərbaycanın cənub bölgəsində - Lənkəran şəhərində, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının protoiyereyinin iştirakı ilə keçirilib.
İki gün davam edən düşərgə çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli və maarifləndirici fəaliyyətlər təşkil olunub. Proqrama intellektual və idman oyunları, komanda fəaliyyətləri, eləcə də uşaqların dünyagörüşünün genişləndirilməsinə və yaradıcılıq bacarıqlarının inkişafına yönəlmiş maarifləndirici ustad dərsləri daxil edilib.
Düşərgə uşaqlara həmyaşıdları ilə ünsiyyət qurmaq, yeni dostlar qazanmaq, komanda şəklində fəaliyyət göstərmək və asudə vaxtlarını maraqlı keçirmək üçün gözəl imkan yaradıb. Zəngin proqram iştirakçılara yeni bilik və bacarıqlar qazandırmaqla yanaşı, xoş xatirələr və unudulmaz anlar yaşadıb.
Tədbirin sonunda bütün uşaqlara xatirə hədiyyələri təqdim olunub. Hədiyyələr iki gün davam edən maraqlı və rəngarəng düşərgə proqramının xoş yekunu olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 09 Sentyabr 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















