Barbara Botos: “Yaşıl enerji” keçidinə qadınlar cəlb olunmasa, ona nail ola bilmərik AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 19 noyabr, AZƏRTAC
“Yaşıl enerji” keçidinə qadınlar cəlb olunmasa, ona nail ola bilmərik. “Yaşıl enerji” bəşəriyyətin gələcəyidir. Planetin 50 faizini qadınlar təşkil edir və buna görə də zərif cinsin nümayəndələri bəşəriyyətin gələcəyində mühüm töhfələr vermək üçün enerji sektorunda yüksək vəzifələri tutmalıdırlar”.
AZƏRTAC xəbər verir ki, bunu Macarıstanın Energetika Nazirliyində iqlim üzrə xüsusi tapşırıqlar səfiri Barbara Botos jurnalistlərə müsahibəsində deyib.
O, COP29 Sədrliyinin işini, irəli sürülən 14 təşəbbüsü yüksək qiymətləndirib. “Xüsusilə enerji keçidi, “yaşıl inkişaf” və suya aid təşəbbüsləri qeyd etmək istərdim. Biz bir-birimizdən iqlim dəyişmələrinə uyğunlaşma yollarını öyrənməliyik. COP 29 Sədrliyini tərəfdaşları, maraqlı tərəfləri, şirkətləri bir araya gətirdiyinə görə alqışlayıram”, - deyə Barbara Botos bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Noyabr 2024 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















