Icma.az
close
up
RU
“Barselona” və De la Fuente arasında gərginlik

“Barselona” və De la Fuente arasında gərginlik

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniya fotbol millisinin heyətində “Barselona” futbolçularının yüklənməsi klub rəhbərliyi ilə baş məşqçi Luis de la Fuente arasında narazılığa səbəb olub. Rafinyanın zədələnməsindən sonra ehtiyatlı davranan Kataloniya təmsilçisi federasiyaya xüsusi müraciət ünvanlayıb.

İdman.Biz “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, “Barselona” rəhbərliyi De la Fuentedən Lamin Yamal və Pedrinin Misirə qarşı keçiriləcək matçda meydana çıxmamasını xahiş edib. Lakin baş məşqçinin bu xahişə məhəl qoymayacağı və hər iki futbolçunu əsas heyətdə meydana buraxmaq niyyətində olduğu bildirilir.

Klubun narahatlığı əsassız deyil. Serbiya ilə keçirilən son qarşılaşmada İspaniya millisinin heyətində “Barselona”nın altı futbolçusu forma geyindiyi halda, əzəli rəqib “Real”dan heç bir oyunçu meydana çıxmayıb. Bu fakt sosial şəbəkələrdə və idman mətbuatında geniş müzakirələrə yol açıb. Azarkeşlər zarafatla De la Fuenteni “Madridin agenti” adlandıraraq, onun kataloniyalı futbolçuları bilərəkdən yorduğunu iddia edirlər.

Qeyd edək ki, sıx oyun qrafiki və ardıcıl zədələr “Barselona”nın mövsümün həlledici mərhələsindəki çıxışına ciddi təhlükə yaradır. Klub rəhbərliyi gənc ulduzlarının sağlamlığını qorumaq üçün İspaniya Kral Futbol Federasiyası ilə danışıqları davam etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 29 Mart 2026 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri