Baş həkimə qarşı dələduzluqda təqsirləndirilən şəxsə bəraət verildi
Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Baş həkimə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinən şəxsin məhkəmə prosesi yekunlaşıb.
Təqsirləndirilən şəxsin vəkili Samirə Tağıyevanın "Unikal"a verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə Məhərrəmov Cənnət Elşən oğluna bəraət verilib. Vəkilin bildirildiyinə görə, hüquqlarını müdafiə etdiyi müvəkkilinin cinayət işində zərərçəkən kimi tanınan Happy Smile Diş Klinikasının baş həkimi Qurbanova Natəvan Mirtahir qızı ilə müqaviləsi olub və müqaviləyə görə Cənnət Məhərrəmov klinikaya stomotoloji aparat verməli olub.
Ancaq Cənnət Məhərrəmov müəyyən səbəblərdən bu müqavilənin öhdəliklərini tam yerinə yetirə bilməyib. Yəni onlar arasında mülki münasibətlərdən irəli gələn bir əməkdaşlıq olub.
Qeyd edək ki, Cənnət Məhərrəmov Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilirdi.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















