Baş nazir sərəncam imzaladı: Hansı ərazilər yenidən qurulacaq? VİDEO
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakıda bəzi ərazilər yenidən qurulacaq.
Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə İşçi qrupu yaradılıb. İşçi qrupa həmin işlərin həyata keçirilməsi üçün investisiya qoyuluşuna zəruri şərait yaratmaq, investisiya müqavilələrinin şərtlərini razılaşdırmaq və digər zəruri tədbirləri təmin etmək vəzifəsi həvalə olunub.
"Ölkə.az" Xəzər TV-yə istinadən bildirir ki, yenidənqurma işlərinin həyata keçiriləcəyi ərazidə yaşayan sakinlər layihələndirmə işləri ilə əlaqədar bir neçə dəfə görüş keçirildiyini və yaşayış yerlərinin ölçüsünün götürüldüyünü bildiriblər.
Sakinlər əlavə ediblər ki, quruculuq işləri çərçivəsində park salınması da məqsədəuyğun olar.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, şəhərsalma investisiya layihələri əsasında Bakı Şəhərinin Baş Planına uyğun olaraq bir sıra ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Ətraflı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 16 Sentyabr 2025 01:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















