Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Süni intellekt Avstraliya hökumətinə sızdı

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Baş prokuror Qətərə işgüzar səfər edib AZƏRTAC

Baş prokuror Qətərə işgüzar səfər edib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 noyabr, AZƏRTAC

Noyabrın 26-27-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə iştirak üçün Qətər Dövlətinə işgüzar səfər edib.

Baş prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti ölkəmizin Dohadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.

İƏT üzvü olan 57 ölkənin baş prokurorlarının, ədliyyə, daxili işlər nazirlərinin, müstəqil antikorrupsiya qurumlarının və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının görüşündə ev sahibi - Qətər Dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad tədbirin işinin tərəf dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində birgə səylərinə verəcəyi töhfədən, gələcək fəaliyyətdə təşkilatın korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Məkkə Konvensiyasının tətbiqi mexanizmi və icra perspektivindən danışıb.

Yüksək səviyyəli iclasda çıxış edən Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış ardıcıl islahatlar, hüquqi və institusional tədbirlər barədə xarici həmkarlarına məlumat verib, İslam ölkələri ilə əməkdaşlığa ayrılan xüsusi diqqətin çoxsaylı nümunələrindən biri kimi Məkkə Konvensiyasının qəbul edilməsi təşəbbüsünün ilkin mərhələdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb. O, ölkəmizin prokurorluq orqanlarının qlobal və regional anti-korrupsiya təşəbbüslərində fəal iştirakına dair məsələlərə də yer verərək, cari ildə ölkəmizdə keçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağın uğurlarına töhfə vermiş İslam ölkələrinin nümayəndə heyətlərinə bir daha təşəkkürünü ifadə edib.

Mütərəqqi beynəlxalq təşəbbüslərə daim açıq olmaqla bu sahədə etibarlı platforma rolu oynayan ölkəmizdə aktual mövzu üzrə keçiriləcək tədbirlərə toxunan Baş prokuror Kamran Əliyev BMT-nin "GlobE" Antikorrupsiya Şəbəkəsinin altıncı plenar sessiyasının 2025-ci ilin mayında Bakıda keçiriləcəyini vurğulayaraq həmkarlarını həmin tədbirə dəvət edib, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının üçüncü yüksək səviyyəli görüşünə 2026-cı ildə ölkəmizin ev sahibi kimi namizədliyinə göstərilən dəstəyə görə həmkarlarına minnətdarlığını bildirib.

Tədbirdə ölkəmiz İƏT-ə üzv dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Səfər çərçivəsində Baş prokuror tərəfindən xarici həmkarlarla bir sıra ikitərəfli görüşlər keçirilib.

Qətər dövlətinin nümayəndə heyəti ilə keçirilmiş ikitərəfli görüşdə İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad ortaq dini və mədəni dəyərləri paylaşan ölkələrimiz arasında müxtəlif istiqamətlərdə mövcud olan sıx tərəfdaşlıq əlaqələrinin daim inkişaf etməsindən məmnunluğunu bildirib, öz növbəsində həmin əlaqələrin korrupsiyaya qarşı mübarizə sahəsində qurumlararası əməkdaşlığa da töhfə verdiyini qeyd edib.

Kamran Əliyev Azərbaycan və Qətər prokurorluqları arasında əməkdaşlıq təcrübəsinə dair müsbət nümunələrə istinad edərək, İnzibati Nəzarət və Şəffaflıq Təşkilatı ilə də uğurla inkişaf etməkdə olan ikitərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfər zamanı Kamran Əliyevlə Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha) Prezidenti Mazin bin İbrahim Əl Kahmus arasında keçirilmiş ikitərəfli görüşdə 2023-cü ilin noyabrında ölkəmizin Baş Prokurorluğu ilə Krallığın Nazaha Qurumu arasında imzalanmış Əməkdaşlıq haqqında memorandumun icra vəziyyəti müzakirə olunub, eləcə də qarşılıqlı əlaqələrin növbəti inkişaf perspektivləri müəyyən edilib.

Həmçinin Baş prokuror Pakistan İslam Respublikasının ədliyyə naziri Azam Nazir Tararla görüşüb. Dərin tarixi bağlara malik qardaş ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin iqtisadi, hərbi, humanitar və digər istiqamətlərlə yanaşı, hüquqi sahədə də dayanıqlı xarakter alması təqdirəlayiq hal kimi vurğulanıb. Görüşdə transmilli təzahür olan korrupsiyaya qarşı mübarizə üzrə qarşılıqlı əməkdaşlıq potensialının daha da gücləndirilməsi məsələləri müzakirə edilib.

İraq Respublikasının Federal Dürüstlük Komitəsinin sədri Məhəmməd Əli Əl-Lami ilə keçirilmiş ikitərəfli görüşdə ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətlərindən bəhs edilib, qurumlararası əməkdaşlıq əlaqələrinin korrupsiyaya qarşı mübarizə sahəsində imzalanması nəzərdə tutulan anlaşma memorandumu ilə yeni və daha intensiv müstəviyə qədəm qoyacağına dair qarşılıqlı inam ifadə edilib.

İkitərəfli görüşlərdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, korrupsiya cinayətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Bundan başqa, səfər çərçivəsində Kamran Əliyevlə İƏT-in Baş katibi Hüseyn İbrahim Taha arasında ikitərəfli görüş keçirilib. Görüşdə təşkilatın İslam ölkələrinin həmrəyliyi və tərəqqisində müstəsna əhəmiyyəti vurğulanmaqla, eyni zamanda, üzv dövlətlərin cinayətkarlığa qarşı effektiv mübarizə fəaliyyətində də təşviqedici rolu qeyd olunub.

Görüşdə Baş prokuror tərəfindən istər torpaqlarımızın otuz ilə yaxın müddət ərzində işğal altında saxlanıldığı dövrdə, istərsə də növbəti mərhələdə işğal faktına son qoyulması ilə bağlı İƏT-in ölkəmizin haqq işinə qəbul etdiyi qətnamə və bəyanatlarla daim yaxından dəstək olduğu minnətdarlıq hissi ilə xatırladılıb.

Baş katib Azərbaycan Respublikasının İƏT-in işində göstərdiyi fəal və təşəbbüskar mövqeyə görə təşəkkür edib. O, işğaldan azad olunmuş ərazilərə etdiyi səfərlər zamanı şahidi olduğu bərpa-quruculuq işlərini təqdir edib, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi faktının İslam dünyası tərəfindən böyük sevinclə qarşılandığını bildirib.

Tədbirlərdə ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see275

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see243

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see242

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see234

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see226

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see225

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see224

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see207

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see204

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see203

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see202

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see198

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see193

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see190

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see187

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see181

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see181

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see169

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri