Icma.az
close
up
RU
Batareyanın doldurulma müddəti 4 dəqiqəyə endi

Batareyanın doldurulma müddəti 4 dəqiqəyə endi

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Elektrikli avtomobillərdə saatlarla davam edən batareya dolum müddətləri yeni nəsil hüceyrə texnologiyaları sayəsində tarixə qarışır.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, zirvədəki modelin 4 dəqiqə 22 saniyəyə tam enerji topladığı sektorda ən sürətli 12 modelin cari siyahısı müəyyənləşib. Yeni nəsil batareya arxitekturasına malik elektrikli avtomobillərin enerji toplama müddəti 4 dəqiqə 22 saniyəyə qədər enərək yeni bir həddi keçib. Əvvəllər batareyanı 10%-dən 80%-ə qədər doldurmaq üçün 40 dəqiqəyə yaxın vaxt tələb olunurdusa, yüksək axınlı yeni infrastrukturlar sayəsində bu müddət dəqiqələr səviyyəsinə düşüb.

Elektrikli avtomobil sektorunda uzun dolum müddətləri istifadəçilərin əsas tərəddüd nöqtələrindən biri olaraq qalsa da, litium batareya kimyasındakı yeni addımlar prosesi sürətləndirib. İnkişaf etdirilən “Golden Brick” batareya texnologiyası hüceyrələrin həddindən artıq qızmadan çox yüksək elektrik axınını qəbul etməsini təmin edərək dolum sürətini rekord səviyyəyə qaldırıb. Bu təchizata malik Lynk & Co 10 EV 10%-dən 70%-ə qədər doluluq səviyyəsinə cəmi 4 dəqiqə 22 saniyədə çatmaqla siyahının ilk pilləsində qərarlaşıb. Marqarita pizza

Dəqiqələrlə ölçülən doldurulma sürətlərinin arxasında 800 volt və daha yüksək elektrik infrastrukturu dayanır. Sistem gərginliyinin 897 volta qədər artırılması kabel və batareya üzərində yaranan istilik yükünü nəzarət altında saxlamağa və fasiləsiz olaraq yüksək güc ötürməyə imkan verir. Doldurma stansiyalarında isə 350 kW ilə 525 kW aralığında yüksək çıxış gücünə malik DC sürətli doldurma qurğuları batareyaların dəqiqələr ərzində yüksək doluluq nisbətlərinə çatmasını mümkün edir.

Zirvədəki modelin ardınca gələn DENZA Z9GT EV hazırladığı “FLASH Charging” sistemi ilə 10%-dən 97% doluluğa 9 dəqiqəyə çatması ilə diqqət çəkib. XPeng və Xiaomi modelləri isə 10%-80% aralığını 12 dəqiqəyə tamamlayaraq bazarın ön sıralarında yer alıb. Xiaomi SU7 Max 897 voltluq arxitekturası və 5.2C doldurma əmsalı ilə yüksək tutumlu enerji toplamanı qısa müddətdə tamamlayan diqqətçəkən modellər sırasındadır.

Ənənəvi avtomobil nəhənglərinin performansı

Avropalı və Cənubi Koreyalı istehsalçılar da yüksəksürətli enerji toplama yarışında mövqelərini qoruyurlar. Porsche Taycan, Hyundai IONIQ 6 və Kia EV6 kimi modellər 10%-dən 80%-ə təxminən 18 dəqiqəyə çatır.

Volvo EX60 və smart #5 modelləri isə 370 kW və 400 kW doldurma tutumları sayəsində batareyalarını 16-18 dəqiqə ərzində doldura bilir.

Ən sürətli enerji toplayan 12 elektrikli avtomobilin siyahısı:

1.     Lynk & Co 10 EV: 4 dəq 22 san (10%-70% | Golden Brick sürətli dolum batareyası)

2.     DENZA Z9GT EV: 9 dəq (10%-97% | FLASH Charging)

3.     XPeng G9 (yeni nəsil): 12 dəq (10%-80% | 800V - 525 kW DC)

4.     Xiaomi SU7 Max (2026): 12 dəq (10%-80% | 897V - 5.2C)

5.     XPeng G9L (BEV versiyası): 12 dəq (10%-80% | 800V - 5C)

6.     Zeekr 7GT (75 kWh): 13 dəq (10%-80% | 800V - 390 kW stansiya)

7.     Volvo EX60 P10 AWD: 16 dəq (10%-80% | 370 kW)

8.     MG IM5: 17 dəq (10%-80% | 396 kW)

9.     smart #5 (100 kWh): 18 dəq (10%-80% | 400 kW)

10. Hyundai IONIQ 6: Təxminən 18 dəq (10%-80% | 350 kW stansiya)

11. Kia EV6 (63 kWh): 18 dəq (10%-80% | 195 kW)

12. Porsche Taycan: 18 dəq (10%-80% | 320 kW)


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Oktyabr 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri