Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Bayramov Fidan xəttində kritik söhbət: Bakı İrana görə hazırlığa başladı

Bayramov Fidan xəttində kritik söhbət: Bakı İrana görə hazırlığa başladı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında ötən gün baş tutan telefon danışığı bir çox baxımdan diqqət çəkib.

Söhbət zamanı iki ölkə arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub. İki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə edilib.

Analitiklərin fikrincə, telefon danışığı zamanı İranda baş verən hadisələr və bu ölkə ilə bağlı ümumi vəziyyət də dəyərləndirilib.

Globalinfo.az-a danışan türkiyəli politoloq Həsən Oktay deyib ki, İranda baş verən daxili qarışıqlıq və sərhəd bölgələrindəki təhlükəsizlik boşluğu kritik bir nöqtəyə çatıb:

Azərbaycan və Türkiyə arasında keçirilən görüş yalnız rutin məsləhətləşmə deyil, eyni zamanda bölgədə ən pis ssenarilərə qarşı ortaq strateji hazırlıq mərhələsi kimi dəyərləndirilməlidir. İranda baş verəcək kritik hadisələr əsasən Azərbaycan, Türkiyə və Ermənistana təsir edə biləcəyi üçün bu mövzuda ortaq mövqe formalaşdırmaq məqsədilə mühüm müzakirələr aparılıb. Xüsusilə Trampın İranla ticarət əlaqələri olan ölkələrə 25 faiz vergi tətbiq edəcəyini bildirməsi, üç ölkə üçün də əhəmiyyət kəsb edir.

Rejimin devrilməsi halında, PJAK və PKK kimi silahlı qrupların nəzarətsizlikdən istifadə edərək sərhədə yerləşmə təhlükəsi yaranır. Ona görə Türkiyə Suriyanın şimalında tətbiq etdiyi “təhlükəsiz zona” modelini İran sərhədində tətbiq etməyi və bu yolla mümkün miqrasiya dalğasının qarşısını almağı planlaşdırır. Eyni zamanda Azərbaycan və Türkiyə kəşfiyyatı bölgədəki silahlı qrupların fəaliyyətini izləmək üçün 24 saatlıq məlumat paylaşım şəbəkəsi qurub.


Həsən Oktay

Politoloqun sözlərinə görə, görüşdə həmçinin İranda yaşayan türklərin etnik qarşıdurma və təhlükə şəraitində qorunması məsələsi xüsusi əhəmiyyət kəsb edib:

Azərbaycan, soydaşların hücuma və ya silahlı qrupların təhdidinə məruz qalması halında beynəlxalq qoruma və insani yardım mexanizmlərini işə salmaq üçün diplomatik hazırlıqlar aparır. Bu addım Tehrandakı mövcud və gələcək hakimiyyətə açıq mesaj verir.

ABŞ-ın müdaxilə siqnalları fonunda isə Azərbaycan və Türkiyə bölgəni bir İraq və ya Suriya ssenarisindən qorumağa çalışır. Ankara və Bakı, İranın tamamilə parçalanması əvəzinə, nisbətən təmkinli və sivil fiqurlar üzərindən rejim daxilində dönüşümü üstün tutur. Görüşdə Qərb ilə İran arasında mümkün insani və diplomatik körpünün texniki detalları da müzakirə olunub.

Bakı və Ankara, İranın ərazi bütövlüyünü prioritet hesab etməklə yanaşı, mümkün çöküş vəziyyətində hərbi müdaxilə, mühacir axını və soydaşların qorunmasını əhatə edən “B planını” da masaya qoyublar. 14 Yanvar görüşü, bu iki qardaş ölkənin bölgədəki xaosa qarşı birgə və vahid mövqeyini nümayiş etdirdiyi bir dönüm nöqtəsidir. Görüşdə Ermənistan–Türkiyə–Azərbaycan üçlü sülhünün vacibliyi vurğulanıb və heç bir ön şərt qoyulmadan bu sülhün təmin olunması, həmçinin Türküstandan Qərbə Xəzər dənizi ilə Azərbaycan, Ermənistan və Türkiyə keçid xəttinin təcili açılması təklif olunub”.

Siyasi şərhçi Elnur Ənvəroğlu isə bildirib ki, Azərbaycan və Türkiyə XİN başçılarının regionda yaranmış vəziyyətlə bağlı müzakirəsi sıradan diplomatik təmas deyil:

“Bu görüş Bakı-Ankara strateji tandeminin regional risklərə qarşı koordinasiyalı mövqe formalaşdırmaq mərhələsinə keçdiyini göstərir. Bunun üçün regionda sürətlə gedən proseslərə diqqət yetirmək lazımdır. Məlumdur ki, yanvar ayına qədər regionda bir neçə kritik proses eyni vaxtda kəskinləşib. İlkin olaraq hər kəsin ağlına İran gəlir, amma bu, əslində bir az fərqlidir.

Birincisi, Ermənistanın kurs dəyişikliyi, məsələn, Rəsmi İrəvanın Rusiya ilə məsafəni artırması (rus sərhədçilərinin bəzi ərazilərdən çıxarılması gündəmi) və NATO silahlarına keçid etməsidir. Daha açıq desək, Bakı və Ankara hazırda yuxarıda qeyd edilən fonla əlaqədar Ermənistanın Qərbə doğru sürətli, amma qeyri-sabit dönüşündən və bunun nəticəsində Rusiyanın cavab addımlarının regiona təsirlərindən narahatdır. Çünki Ermənistan Rusiya orbitindən tamamilə çıxa biləcək formada qurulmayıb və onun tamamilə Qərbə sürətlə inteqrasiyası müəyyən risklər yaradır.

Buna görə hesab edirəm ki, Ermənistanın normallaşma prosesinə məcbur edilməsi, Zəngəzur dəhlizi, kommunikasiyalar və sülh sazişi üzrə təzyiq-diplomatiya balansı və mümkün provokasiyalara birgə cavab mexanizmləri bu görüşdə müzakirə olunmuş ola bilər.


Elnur Ənvəroğlu

Fikrimcə, müzakirələrdə əsas fokus Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, eləcə də Orta Dəhliz və Zəngəzur xətti üzərində ola bilər.

Bundan əlavə, gündəlikdə İran və İsrail arasındakı gərginlik, Yaxın Şərqdə eskalasiya, eləcə də Rusiya faktorunun zəifləməsinin də yer alması mümkündür.

Yekun olaraq qeyd edə bilərəm ki, bu görüş regional təhlükəsizlik boşluğunu doldurmağa hədəflənib. Yəni Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə sürətlə inteqrasiya etməsi fonunda, onun həm də sülh gündəliyindən kənara çıxmamasını təmin etmək, eləcə də regionda kənar təsirlərə qarşı bufer əhəmiyyətinin gücləndirilməsi əsas məsələlərdən olub”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Yanvar 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see238

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see212

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see209

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see192

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see172

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see166

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see161

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see154

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see153

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see152

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see150

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see148

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see148

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see147

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see146

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see141

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see136

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see135

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see135

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri