Icma.az
close
up
RU
BDU da “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib

BDU da “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 30 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində “Ekoloji terror və Qarabağın təbiəti” mövzusunda tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən fakültənin əməkdaşı Şəbnəm Əlizadə erməni vandalları tərəfindən işğal dövründə Qarabağın təbiətinə qarşı törədilmiş ekoloji terror barədə ətraflı məlumat verib. Bildirib ki, işğalçı dövlət uzun illər ərzində Azərbaycan torpaqlarında digər cinayətlərlə yanaşı, kütləvi formada ekoloji cinayətlər törədib, mədəni, tarixi irsimizlə bərabər, təbiətimiz də düşmənin hədəfində olub: “İşğal dövründə Qarabağda həyata keçirilmiş ekoloji terror aktları, biomüxtəlifliyin kütləvi şəkildə məhvi, beynəlxalq hüququn ciddi şəkildə pozulması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Bu müddət ərzində Qarabağda nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş flora və fauna növləri ziyan görüb, bəzi növlərin yaşayış arealları dağıdılıb, bəzi hallarda isə bu növlər tamamilə məhv edilib”.

Tədbirdə Qarabağ və ətraf ərazilərdə Ermənistan tərəfindən törədilmiş ekoloji terror faktlarının beynəlxalq müstəvidə araşdırılması, ekoloji cinayətlərin beynəlxalq ekspertiza əsasında qiymətləndirilməsi, cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində həyata keçirilən fəaliyyət barədə məlumatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə ekoloji monitorinq və bərpa işləri davam etdirilir. Bu monitorinqlər nəticəsində təbiətin, təbiətdə yaşayan canlıların məhvi, eləcə də məscidlərimizin, tarixi abidələrimizin məqsədli şəkildə dağıdılması faktlarının aşkar edilməsi erməni vandalizminin mahiyyətini bir daha üzə çıxarır: “2020-ci ilin noyabrında tarixi Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra xalqımız öz tarixi torpaqlarının əbədi sahibi oldu. Bu gün qüdrətli dövlətimiz tərəfindən Qarabağda, Şərqi Zəngəzurda aparılan misilsiz quruculuq işləri ilə yanaşı, əsrarəngiz təbiətimiz də yenidən canlanır, dirçəlir”.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:414
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri