BDU nun tələbə və məzunları “Gələcəyin müəllimləri” təqaüd proqramı barədə məlumatlandırlıb
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş Mərkəzinin təşkilatçılığı ilə bu ali məktəbin bakalavriat və magistratura səviyyələri üzrə müəllimlik ixtisaslarının son kurs tələbələri, eləcə də son üç ilin məzunları üçün nəzərdə tutulmuş “Gələcəyin müəllimləri” təqaüd proqramına həsr olunmuş infosessiya keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, infosessiyanın keçirilməsində məqsəd tələbələri XXI əsrdə müəllimlik peşəsinin rolu, qlobal əmək bazarında bu peşəyə artan tələbat, beynəlxalq məktəblərin fəaliyyət prinsipləri, eləcə də “LANDAU Academy” vasitəsilə beynəlxalq kurikulumlar üzrə peşəkar müəllim hazırlığı imkanları barədə məlumatlandırmaq olub.
“LANDAU Academy”nin rəhbəri Ləman Bayramlı, qrup rəhbəri Aynur Allahverdiyeva tərəfindən keçirilən infosessiya zamanı “Gələcəyin müəllimləri” təqaüd proqramının məzmunu, strukturu və üstünlükləri barədə təqdimat edilib. Qeyd olunub ki, “LANDAU Academy” beynəlxalq standartlara uyğun müəllim hazırlığını təmin edən, praktiki məşğələləri, demo dərsləri və portfolio əsaslı qiymətləndirmə mexanizmlərini özündə birləşdirən kompleks ixtisaslaşma proqramı həyata keçirir. Proqramı uğurla başa vuran iştirakçılar beynəlxalq məktəblərdə mövcud vakansiyalara müraciət zamanı rəqabət üstünlüyü əldə edirlər. Bu təşəbbüs gələcək müəllimlərin peşəkar inkişafına dəstək göstərməklə yanaşı, onların real məktəb mühiti ilə tanış olmasına və əmək bazarında hazır kadr kimi formalaşmasına xidmət edir. Proqram çərçivəsində iştirakçılar üçün təqaüd imkanları yaradılır və mərhələli seçim prosesi tətbiq olunur.
Təqdimat zamanı müasir müəllimin yalnız bilik ötürən deyil, eyni zamanda, öyrənmə prosesini planlaşdıran, rəqəmsal texnologiyalardan səmərəli istifadə edən, tədqiqatyönümlü fəaliyyət göstərən, psixoloji dəstək və motivasiya təmin edən peşəkar mütəxəssis olduğu vurğulanıb. Beynəlxalq məktəblərdə tətbiq olunan kurikulumlar, qiymətləndirmə mexanizmləri, müəllimlər üçün nəzərdə tutulmuş peşəkar inkişaf imkanları və iş şəraiti barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, tələbələr beynəlxalq müəllimlik karyerası istiqamətində mövcud imkanlardan yararlanmağa dəvət olunublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 26 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















