BDUnun komandası İstanbulda keçirilən beynəlxalq tədbirdə iştirak edib AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 18 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) komandası Türkiyənin İstanbul şəhərində keçirilən “EV Charge Show” - Dünya Elektromobil Dünya Elektromobil Şarj Cihazı İstehsalçılarının Qlobal Görüşündə təmsil olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfransın məqsədi elektromobillərdə istifadə olunan batareya və cihaz texnologiyalarını inkişaf etdirmək, innovativ rəqəmsal həlləri və təmiz enerji istifadəsinə əsaslanan layihələri dəstəkləməkdir.
Konfransda 151 şirkət tərəfindən təqdim olunan müxtəlif cihaz stansiyaları, batareya texnologiyaları və şarj sistemlərində IoT əsaslı həllərə əsaslanan layihələr sərgilənib.
BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən hazırlanan “SuperCapBack hibrid batareya” və “Clean-Charge sürətli cihaz stansiyası” layihələri ilə bağlı konfrans iştirakçılarına məlumat verilib, sərgidə iştirak edən istehsalçılar ilə müzakirələr aparılıb.
Qeyd edək ki, BDU-nun “BSU Creativity Workz” komandası “SuperCapBack” layihəsi ilə finalda 8 komandadan biri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 18 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















