Belarus Azərbaycan ərazisindən dəmir yolu ilə Türkiyə və İrana yüklərin göndərilməsində maraqlıdır FOTO
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Bu gün (4 noyabr) Bakıda “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini Arif Ağayev və Belarus Dəmir Yollarının (BDY) sədr müavini Andrey Yakobsonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, görüşdə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ortaq maraq doğuran layihələrin həyata keçirilməsi, iki ölkə arasında müntəzəm yükdaşımaların təşkili, o cümlədən konteyner qatarlarla yüklərin göndərilməsi barədə fikir mübadiləsi aparılıb.
Belarus tərəfi Azərbaycan ərazisindən keçməklə Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Türkiyəyə, eləcə də Şimal-Cənub marşrutu ilə İrana yüklərin göndərilməsində maraqlı olduğunu bildirib.
Şimal-Cənub dəhlizi üzrə əməkdaşlığın gücləndirilməsi üçün bu ilin oktyabrında Rusiya Dəmir Yollarının da iştirakı ilə keçirilmiş üçtərəfli görüşdə müzakirə edilmiş tarif siyasəti, daşıma texnologiyaları və rəqəmsallaşma barədə danışıqların davam etdirilməsi razılaşdırılıb.
Görüş zamanı həmçinin ADY-nin vaqon parkının Belarus istehsalı olan hərəkət tərkibləri ilə genişləndirilməsi barədə danışıqlar aparılıb. Hər iki tərəf universal, qapalı və sistern tipli vaqonların Azərbaycana tədarükü imkanlarını müzakirə etməyə hazır olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 04 Dekabr 2024 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















