Icma.az
close
up
RU
Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar Qurban Qurbanov

Belə oyunların sayı çox olsa, çempionatda inkişaf daha sürətli olar Qurban Qurbanov

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 11-ci tura yekun vurulub. Turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşçqisi Qurban Qurbanov jurnalsitlərin suallarını cavablandırıb:

"Başda cənab prezident olmaqla, xalqımızın bayramını təbrik edirəm. Çox böyük zəfərdir. Allah xalqımızı həmişə qorusun. Oyuna gəldikdə, matçdan əvvəl stadionda bayram atmosferi var idi. Hər iki komandanın azarkeşinə təşəkkür etmək istəyirəm. Xoş olan odur ki, 44-cü dəqiqədə bizim azarkeşlərlə "Neftçi" azarkeşlərinin bunu qeyd etdi. Çox gözəl azarkeşlik var idi. Futbolçularıma da təşəkkür edirəm. Vacib qələbə oldu. Hər iki komandanın futbolçuları yaxşı, dinamik, sürətli oyun göstərdi. Çempionatda bu cür oyunların sayı çox olsa, gələcəkdə bütün komandalar üçün inkişaf daha tez olar. Qarşıda da millinin oyunları var. Onlara da uğurlar arzulayıram, azarkeşlik edəcəyik".

- Start heyətində bir sıra aparıcı oyunçular var idi, başqa cür də ola bilərdi. Burada vacib məqam hansı idi ki, start heyət oyunçuları oynayırdı?

- Zubir və Andrade "Çelsi" matçını sona qədər oynamamışdılar. Kevin Medina da tam hazır olduğunu dedi. Çünki belə oyundan öncə futbolçulardan soruşuruq ki, yorğunluq var, ya yox. Bu barədə fikirlərini bildirirlər. Mateus Silva, Elvin Cəfərquliyev sonradan meydana daxil oldu. Qarşıda pauza çox olacaqdı. 4 gün az müddət deyil, öz idman formalarından çox uzaq ola bilərdilər. Ona görə belə addım atdıq.

- "Qarabağ" oyunu üstün apardı. "Neftçi" gözlədiyiniz kimi oynadı, yoxsa necə?

- "Neftçi"də son matçlarda çox irəliləyiş var. Düşünülmüş hücumları var, müdafiədə sağlam oynayırlar. Kollektiv birbirini tamamlayır. Oyundan-oyuna bir-birilərini çox yaxşı anlayırlar.

- "Qarabağ"ın Avropada uğurları Şimali Kiprdə də izlənilir. Şimali kiprli azarkeşlərə nə demək istəyərdiniz?

- Burada sizləri görmək xoşdur. Biz ancaq sevinirik ki, "Qarabağ"ı müsəlman ölkələrində izləyirlər. O cümlədən də, böyük türk dünyası "Qarabağ"a baxır. Buradan qardaşlarımıza təşəkkür edirəm. Duaları bizimlədir, eyni qaydada da bizim də onlarla.

- "Qarabağ" bu uğurları daha çox nəyə borcludur?

- "Qarabağ" adı Azərbaycana üçün çox böyük önəm kəsb edir. Bu komandada rəhbərlik səviyyəsində futbolçulara bildirilib ki, burada ciddi, məsuliyyətli olmaq hər birimizin borcludur. İlk növbədə biz azərbaycanlıların, sonra legionerlərin. Onlar da bura gələndə, Qarabağ hadisələri ilə maraqlanırlar. Onlardan tələbimiz odur ki, işlərimizdə ciddi olacağıq. Bu komandada qeyri-ciddi olmaq haqqımız yoxdur. Rəhbərlik səviyyəsində həmişə fikir o olub ki,bu adı qoruyub-saxlayaq. Avropada bizdən daha böyük futbol ölkələri olsa da, məqsədimiz hər zaman layiqli oynamaqdır. Futbolçulara birinci bunu tapşırırıq. Biz deyə bilərik, onu icra etmək vacibdir. Oyunçular da bunu sevərək icra edirlər. İlk növbədə özümü, sonra kim varsa, məsuliyyətli olmaqdan başqa haqqımız yoxdur. Bunu komandaya bildiririk.

- Türkiyə klublarında prinsipiallıq var, derbiləri qazanmağı klubdan daha çox tələb edirlər, nəini avrokuboklarda. Avrokuboklarda qələbə prinisipialdır, yoxsa "Neftçi"?

- Bir söz deyə bilərəm ki, qardaşlarımız nə deyirsə, düz deyirlər. Hər klubun öz tələbi var. O da mühitə, insanlara uyğun belə qərar verirlərsə, onların yanındayıq(gülür).

- Millinin oyunlarından nə gözləyirsiz?

- Millidə çox irəliləyiş var. Baxmayaraq ki, rəqiblər çox ciddidir. Futbolçularıma həmişə güvənmişəm, Azərbaycan millisinə də. Ola bilər bu gün, ola bilər 5 il sonra olsun, o inamı itirmək istəməmişəm. Çünki o millimizdir, futbolçularımızdır. Uğurlar. İnanıram ki, daha yaxşı nəticə əldə etməyə qadirdirlər.

- AFFA-nın əcnəbi futbolçuları milliləşdiriləcəyi deyilir. Zubirin də orada adı var. Legionerlərin milliləşdirilməsinə necə baxırsınız?

- Bu barədə danışmayaq. Hər quruma cavabdeh şəxslərin öz strategiyası var. Hansısa fikir bildirmək lazım olanda, fikir bildirmişik. Amma heç kimin qərarına hörmətsiz yanaşmaq istəmirik. Hörmətlə yanaşmışıq.

- "Neftçi"nin "Qarabağ"ın üzərindəki sonuncu qələbəsindən çox vaxt gedir. "Qarabağ" o qələbədən sonra "Neftçi"yə qarşı sanki amansızdır. Belə seriyanın yaranmasında o məğlubiyyətin və Samir Abasovun oyundan sonra "gəldik və çempionluğu "Qarabağ"dan qopardıq" açıqlamasının nə dərəcədə rolu var?

- O barədə heç düşünmürəm. Keçmişə qayıdaraq, işimi qurmaq barədə, uğur əldə etmək haqda fikrim olmayıb. Hər zaman qarşıdakı rəqibə fikrimi yönləndirmişəm. "Neftçi", "Zirə", "Sabah", "Qəbələ" olsun, hamımız dost komandayıq. Ən çox biz bir-birimizi görürük. Hansısa fikrə reaksiya verməyim düzgün olmaz. Hər insanın öz uğur yolu var, iş prinsipləri var. Mənim prinsiplərim elədir ki, yazılara, fikirlərə çox da vaxt ayırmıram. Hamısı özümüzünkülərdir. Hər deyilən fikrə də hörmətlə yanaşırıq.

- İlk dövrənin son oyunu idi. Uzun müddətdən sonra 12 komanda, legioner limiti götürülüb. Ötən mövsümlə bu mövsümü müqayisə etsəniz, fərq var?

- Var. Mübarizə daha da çoxalıb. Əgər şərait daha yaxşı olsaydı.... Bütün stadionlar daha yaxşı olsaydı, azarkeş sayı, matçların keçirilmə vaxtı daha yaxşı olsaydı, fərqli ola bilərdi. 

- Demək olar ki, Kamilo Duran "Qarabağ"ın mərkəz hücumçusudur?

- Hazırda belə demək olar. Amma onu sağ cinahda da keyfiyyətli oyun üslubu var. Ona baxanda, hər iki mövqe üçün planlaşdırmışdıq. Pis alınmadı. Özüm də, daha üst axtarmaqda işimizə davam edirik. Bizim tələbimizə görə, Duranın faydalı iş əmsalı, çox yuxarıdır. Çox razıyam.

- Samir Abasov bildirdi ki, bu dəqiqələrdə belə ucuz penaltilər verilmir. Sizin bu haqda fikriniz necədir?

- Düzünü desəm heç baxmamışam epizoda. Elçin Məsiyev elə-belə penalti vermir. Avropada da xeyli oyunlar idarə edir. VAR-a da baxmadı. Məşqçilər dedi, baxmağıma da ehtiyac olmadı. Yenə də baxaram.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://qol.az
archiveBu xəbər 09 Noyabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see199

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see190

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see170

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see159

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see134

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see131

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see131

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see130

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see125

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see125

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see122

Liqa 1: “Renn” səfərdə “Paris”dən üstün oldu VİDEO

08 Noyabr 2025 02:22see122

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see121

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri