Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Belələrinə zərrə qədər güzəştə getmək...”

“Belələrinə zərrə qədər güzəştə getmək...”

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

“Müharibə cinayətləri törətmiş şəxslərə qarşı ədalətli məhkəmə qərarlarının qəbul edilməsi təkcə bir ölkə və millətlə bağlı olan məsələ deyil, təsiri dairəsi daha genişdir. Belələrinə zərrə qədər güzəştə getmək, bağışlamaq, azad edilmələrini istəmək, hətta bu barədə düşünmək cinayətlərinə haqq qazandırmağa və gələcəkdə də təkrar olunmasını təşviq etməyə bərabərdir”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

O, bildirib ki, Azərbaycan Respublikası dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərmiş və artıq tarixin zibilliyinə atılmış separatçı rejimin liderləri haqqında qəbul edilən məhkəmə qərarları ədalətin təntənəsi, belə xəyallara düşmək istəyənlərə bir dərsdir:

“Bunu Münxen Təhlükəsizlik Konfransında iştirak edən cənab Prezidentimiz İlham Əliyevin Fransanın məşhur “France 24” telekanalı müxbirinin suallarına cavabları bir daha göstərdi. Müxbirin “ölkənizdə hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarına toxunmaq istəyirəm. ABŞ Vitse-prezidentinin bu məsələ ilə bağlı danışdığı və bölgədə sülhə nail olunması məqsədilə sizdən bəlkə də onları əfv etməyinizi istədiyi barədə məlumatlar var idi. O, bunu edibmi və Siz bunu edəcəksinizmi?” sualına cavabında dövlət başçımız dedi: “Vitse-prezidentlə bir neçə saat davam edən görüş zamanı digər məsələlərlə yanaşı, bu məsələ də onun tərəfindən qaldırıldı və mən bu məsələ ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim, vəssalam. Biz, əsasən, ikitərəfli əlaqələri, regional inkişafı, TRIPP və Ermənistanla rəsmi sülh perspektivlərini müzakirə etdik. 

Qeyd etdiyiniz bu insanlara gəldikdə isə, onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir. Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz”.Cavabın mənası çox dərindir. İlk növbədə, Azərbaycan dövlətinə və millətinə qarşı müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin təkzib olunmaz fakt və dəlillərlə sübut olunduğunun, cəzaların qanuni verildiyinin bütün dünyaya aydın, konkret və qəti şəkildə bir daha bəyan edilməsidir. İkincisi, Birləşmiş Ştatların diplomatiya tarixinin təcrübəsi göstərir ki, müəyyən danışıqlarda bu və ya buna bənzər digər məsələlər bəlli qrupların təsiri ilə müəyyən səbəblərdən sözgəlişi qaldırılsa da, başlıca yerdə ABŞ-nin maraqları dayanır, bütün digər məsələlər yalnız ondan sonra gəlir, bəzən heç üfüqdə də görünmür. Cənubi Qafqazı qarışdırmış, düşmənçilik yaratmış, ağlasığmaz cinayətlər törətmiş, “başları regionu qan çanağına çevirmiş bir dövlətə bağlı olan” şəxslərin azadlığa çıxmasına dair ifadələrin səsləndiriliməsi regionda sülh və əməkdaşlığa çalışan, sərmayə qoyan ABŞ-nin maraqlarına tamamilə ziddir. Mənafelərini hər şeydən üstün tutan Vaşinqtonun buna getməsi öz ayaqlarına atəş açmağa bərabər olar. Çünki Birləşmiş Ştatların maraqları regionun açar ölkəsi olan Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıqdan, bərabərhüquqlu münasibətlərdən və sülhdən keçir. 
Müxbirin “yeni səhifə açıb onları əfv edə və ya buna bənzər nə isə bir jest edə bilərsiniz. Bu, Sizin səlahiyyətiniz daxilindədir” sualına verilən cavab isə bütün bəşəriyyətin maraqlarına uyğundur: “Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin”. Bu, o deməkdir ki, həmin şəxslərin əməlləri ölkəmizin ərazisində törədilsə də, miqyasına görə sərhədlərimizi aşaraq bəşəriyyət əleyhinə cinayətə çevrilibdir. Belə şəxslərin əfv edilməsi fikrinin səsləndirilməsi bəşəriyyətə qarşı cinayətlərin, neonasizmin təşviq edilməsinin, terrorçunun “milli qəhrəman” səviyyəsinə qaldırılmasının istənilməsi olub, qətiyyən sülhə xidmət etmir. Müxbirin “Bu, Sizin üçün eyni şeydir?” sualına cavabında Azərbaycan Prezidenti onların törətdiklərinin İkinci Dünya müharibəsi illərində nasistlərin fəaliyyətindən də pis olduğunu belə ifadə etdi: “Bəli, tamamilə. Hətta daha da pisdir, daha da pisdir. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”. 

M.Qasımlı deyib ki, bu cavab xeyli ibrətamizdir:

“Birincisi, ona görə ki, İkinci Dünya müharibəsi illərində sıralarında azərbaycanlıların da iştirak etdiyi Fransa Müqavimət Hərəkatı nasizmə qarşı mübarizə aparıb. Belə olduqda Bakıda həbsxanada yatan neonasistlərin azad edilməsinə dair sualın verilməsi ya hansısa qrupun arxasında müəyyən məsələlərin dayandığı tapşırığının yerinə yetirilməsi, ya özünə ucuz şöhrət qazanmaq, ya da... İkincisi, ölkə başçımızın cavabı gələcəkdə də terrorun, terrorçuluğun və bəşəriyyətə qarşı cinayətlərin cəzasız qalmayacağını göstərir. Bütövlükdə bu suallar özü ilə bərabər bəzi sual işarələri gətirsə də, verilən mükəmməl cavablar dövlətimizin mövqeyinin bütün dünyaya bir daha böyük başarı ilə çatdırılması baxımından çox əhəmiyyətli və beynəlxalq informasiya siyasətinin uğurlu səhifələrindən biridir. Ötən illərin təcrübəsi göstərir ki, namünasib şəraitləri və ən naqolay sualları cənab Prezidentimiz İlham Əliyev üstün zəkası ilə ölkəmizin maraqları naminə ustalıqla istifadə edərək həmişə imkanlara, fürsətlərə çevirib. “France 24” televiziya kanalının müxbirinin suallarına cavablar da həmin ənənənin möhtəşəm davamı oldu”. 

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://adalet.az
archiveBu xəbər 16 Fevral 2026 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri