Berlinin Rusiyaya qarşı gizli hərbi strategiyası ifşa edildi 800 min hərbçi cəlb olunacaqmış
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniya ordusunun Rusiyaya qarşı 1200 səhifəlik gizli savaş planı üzə çıxıb.
Bu barədə "The Wall Street Journal" nərşi məlumat yayıb.
Məlumata görə, alman ordusunun yüksək rütbəli zabitləri Rusiyaya qarşı mümkün müharibə ssenarisi üzrə 1200 səhifəlik gizli plan hazırlayıb. Plan təxminən 2,5 il əvvəl Berlin yaxınlığındakı hərbi bazada işlənib.
Sənəddə 800 min NATO və Almaniya əsgərinin Şərq cəbhəsinə hansı yollarla, hansı liman, dəmir yolu və avtomobil magistrallarından istifadə edilərək daşınacağı ətraflı göstərilib. Eyni zamanda, yolboyu təminat, təhlükəsizlik və mühafizə tədbirləri də planın tərkib hissəsidir.
Mütəxəssislər bu sənədi “soyuq müharibə düşüncəsinə qayıdış” kimi qiymətləndirir.
Planın müəllifləri isə hesab edirlər ki, bu üsulla müharibəni önləmək və düşmənin mümkün hücumunun uğursuzluğa düçar olacağını əvvəlcədən ona bildirmək mümkündür.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















